Ən azı AŞPA Ermənistanın beynəlxalq siyasi korrupsiya addımlarının araşdırılması barədə Azərbaycan Prezidentinin əsaslı tələbinə uyğun prosedurlara başlamalıdlr.
Bu sözləri baki-xeber.com-a eyniadlı qəzetin təsisçisi və Baş redaktoru Aydın Quliyev Prezidentin 11 yanvar müşavirəsində çıxışı zamanı Ermənistan rəhbərliyinin seçki saxtakarlıqlarını ifşa etməsinə münasibət bildirərkən deyib.
A.Quliyev Prezident Əliyevin 20 ildə Ermənistanda seçkilərin davamlı saxtalaşdırılması yolu ilə hakimiyyətin mənimsənilməsində bəzi dünya rəsmilərinin iştirakına dair ciddi ittiham mülahizələri və faktlar səsləndirməsinə diqqət çəkərək bildirdi ki, bir sıra beynəlxalq təşkilatlar buna ciddi yanaşmalıdlr:”Beynəlxalq hüquq normaları həqiqətən də hakimiyyətin mənimsənilməsini xalqa qarşı ən ağır cinayət hesab edirsə, bu prinsipin konkret icrasında da ardıcıl olmalıdırlar. Azərbaycan Prezidenti bir neçə diqqət yetirilməlu ciddi arqument gətirdi. Artıq illərdir ki, Ermənistanın dünya seçki strukturları ilə "konyak diplomatiyası" üzərində işlədiyini bildirdi və buna real sübut faktı olaraq Ermənistanda son parlament seçkilərində cəmi 5 faiz səs toplaya bilmiş Köçəryan-Sarkisyan güruhunun əvvəlki 20 ildə özlərinə 50 faizdən çox səs hesabladıqlarını bəyan etdi. Bu ciddi faktlar sıravi bir şəxsin və ya qondarma əsaslarla yaradılmış hansısa jurnalist araşdırma qurumunun yox, ATƏT, AŞPA, BMT, Qoşuımama Hərəkatı və s.kimi sanballı beynəlxalq təşkilatların üzvü olan və pozitiv dünya proseslərinə yetərincə töhfə vermiş və verməkdə olan bir dövlərin Prezidentinin dilindən səslənib. O dövlətin ki, BMT-nin illik büdcəsinə Ermənistan ümumu daxili məhsulun cəmi 0,007 faizini verdiyi halda, bundan daha çox - 0,049 faiz pul ödəyir. O dövlətin ki, dünyanın enerji təhlukəsizliyinə töhfələr verir, beynəlxalq sülhyaratma proseslərində mühüm resurslarda iştirak edir, beynəlxalq təhlükəsizlik və humanitar dialoq proseslərinə böyük resurslarını sərf edir və s.”
Aydın Quliyev bildirdi ki, belə bir dövlətin liderinin Ermənistanda xunta rejiminin seçki cinayətlərinin araşdırılması barədə tələbi cavabsız qala bilməz.