Cümə axşamı günü, 15 oktyabr 2026
     

Fransız parlamentari ölkəsində Azərbaycana qərəzli münasibətin əsl səbəbini açdı

Image


"Dağlıq Qarabağ hazırda işğal olunmuş ərazidir".

Bu sözləri Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzer “Report“un Qərbi Avropa bürosuna müsahibəsində deyib. Müxbirin “Necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupuna üzv olmaq qərarına gəldiniz” sualına cavabında o deyib ki, Azərbaycanda olarkən Şəhidlər Xiyabanı, digər yerləri ziyarət etdikdən sonra anladım ki, ölkə azadlığını ağrı-acılar bahasına əldə edib və öz müstəqilliyini əldə saxlamaq üçün var gücünü səfərbər etməli olub. Mən özüm Qolçuyam və Azərbaycandakı müstəqillik siyasəti Şarl de Qolun müstəqillik əzminə çox bənzəməsi məni ölkənizə daha artıq bağladı. Nisbətən az sayda əhalisi olan Azərbaycan nəhəng qonşularının əhatəsində (Rusiya, İran, Türkiyə) və həmçinin Ermənistanla aralarında baş verənlərdən sonra müstəqilliyini qoruyub saxlaya bilib, eyni zamanda inkişafını və təkamülünü təmin edib. Stabilliyini pozmağa çalışan ölkələrlə əhatə olunmasına baxmayaraq, ölkənizin durmadan inkişaf edə bilməsilə mənim rəğbətimi qazana bilib. Qaz, neft kimi xammallara malik olması və eyni zamanda onlardan bütün insanların faydalana bilməsi də tədqirəlayiq bir haldır”.

Fransalı merlərin qondarma "Dağlıq Qarabağ Respublikası"na səfərlərini və Fransa şəhərləri ilə bu qondarma respublikanın şəhərləri arasında imzalanan "dostluq xartiya"larını şərh edən parlamentari bu əlaqələrin qəti əleyhinə olduğunu deyib:”Beynəlxalq hüququn qanunları var və onlara riayət etməmiz gərəkdir. Fransa Xarici İşlər nazirinə məktub ünvanlayaraq Fransanın bir sıra şəhərlərinin başçılarının Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə əlaqələr qurduqları, səfərlər etdikləri, dostluq xartiyaları imzaladıqları barədə məlumatlandırmışam və bu əlaqələrin Fransa qanunlarına zidd olduğunu vurğulamışam. Bu yaxınlarda Fransanın Sent-Etyen (Saint-Etienne) şəhəri ilə Dağlıq Qarabağda yerləşən şəhərlərdən biri arasında əlaqələr qurulub. Mən Sent-Etyen şəhərinin merinə məktub yazaraq bunun beynəlxalq hüquq normalarına və Fransa Xarici İşlər Nazirliyinin qərarlarına zidd olduğunu bildirmişəm. Məktubuma Fransa Xarici İşlər naziri Jan-İv Lö Dryanın mənim məktubuma cavab olaraq beynəlxalq hüququn qanunlarını pozan bu cür ikitərəfli əlaqələrin məsləhət görülmədiyini təsdiqləyən məktubunun surətini də əlavə etmişəm. Hələlik, heç bir cavab almamışam. Sent-Etyen şəhərinin merinə göndərdiyim məktubumun surətini bir sıra orqanlara da göndərmişəm ki, qoy bilsinlər parlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış ərazilərlə əlaqələr qurmaqla digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən davranışlara yol verən bir sıra şəhər rəhbərlərinə qayda-qanunu xatırladırlar”.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olması və Dağlıq Qarabağ münaqişəsinin bu günədək həllini tapmaması ilə bağlı sualın cavabında o deyib ki, bu məsələdə səylər gücləndirilməlidir. “Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib. Bəlkə bundan sonra Ermənistanda olan hökumət dəyişikliyi münaqişənin həllinə müsbət təsir edər. Amma hələlik ortada bir şey yoxdur. Dağlıq Qarabağ hazırda işğal olunmuş ərazidir. Biz bu məsələdə daha qətiyyətli olmalıyıq. Biz yeridilmiş siyasətə tabe olmamalıyıq. Mənim fikrimcə, Minsk Qrupunun təsiri zəifdir. Buna çox təəssüflənirəm, çünki münaqişənin həlli naminə Fransa daha artıq aktiv ola bilər”- o deyib.

Müsahibəsində parlament dostluq qruplarının da fəaliyyətinə toxunan Jan-Lük Reitzer bu əlaqələrin lehinəolduğunu deyib. Qeyd edib ki, jurnalistlərin gedib görmədikləri, dolğun və dürüst məlumatları olmadıqları məsələlərdən yazdıqları, danışdıqları hallara rast gəlinir. Parlamentlərarası dostluq qrupları isə yalnız dövlətlər arasında deyil, vətəndaşlar arasında da əlaqələr yaratmaqla ölkələri yaxından tanımağa imkan yaradır: “Bu səfərlər turizm xarakteri daşımır. Parlamentarilər rastlaşdıqları məqamları Fransa Milli Assambleyasının digər pillələrinə, Fransa Xarici İşlər Nazirliyinə çatdırırlar. Bir sözlə, bu səfərlər mesajların ötürülməsi, reallığın mübadiləsidir. Misal üçün, Fransa Milli Assambleyasında deputatlardan biri, Fransua Roşbluan (François Rochebloine) Azərbaycana hücumlar edəndə biz, Azərbaycanın dostları bir neçə nəfər idik ki, reaksiya verdik. Etiraz etdik ki, Azərbaycanda olmayıb görmədiyi halda nəyə əsasən belə ittihamlar irəli sürür. Azərbaycanda olduğumuzu, reallığı öz gözlərimizlə gördüyümüzü deputatlara bildirdik. Dostluq qruplarının mövcud olmasının həqiqətin öz yerini tapmasında rolu var. Lakin hesab edirəm ki, səfərlərin sayı kifayət qədər deyil. Bu səfərlər deyilənlərlə reallıq bir-birinə uyğun gəlib gəlmədiyini öyrənməyə imkan yaradır. Səfərlər zamanı tək gəzmək, müşahidə etmək, insanları dindirmək, qulaq asmaq lazımdır. Manipulyasiya olunmağa imkan vermək lazım deyil. Mən Azərbaycanda olarkən hər zaman müəyyən qədər asudə vaxt əldə edirəm və onu gəzməyə, şəhərlə tanışlığa həsr edirəm. Bəzi deputatlar Parlamentdə Azərbaycanl bağlı istintaq kommisiyasının yaradılması təklifini irəli sürdükləri zaman biz Azərbaycanın dostları olan deputatlar bunu informasiya kommisiyası ilə əvəz etməyə nail olduq. Parlamentarilərin xalça, yaxud kürü ilə satın alınmasında ittiham olunmaq bizə yer etmişdi. Məni bu formada satın almağın mümkün olması iddiası çox qəzəbləndirmişdi. Çünkü Azərbaycay hökuməti mənimlə hər zaman hörmətlə rəftar edib və mənə heç bir zaman qayda-qanundan kənar heç nə təklif olunmayıb. Bu kommissiya vəziyyətlə 3-6 ay müddətdə tanış oldu. İrəli sürülən əsassız iddiaları təsdiqləyən heç bir dəlil tapılmadı və məsələ bağlandı”.

Fransa mətbuatında tez-tez Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılmasına münasibət bildirən Jan-Lük Reitzer deyib ki, bu onu çox qəzəbləndirir:”Bu ədalətsizlik məni Fransa-Azərbaycan dostluğu uğrunda səylərimi daha da gücləndirməyə sövq edib. Təəssüflər olsun ki, bəzi jurnalistlər öz peşələri vasitəsilə Azərbaycan haqqında mənfi rəy yaradırlar. Mən Azərbaycanı görməyən insanlara öz gördüklərimdən - tolerantlıqdan, dinlərə olan hörmətdən, qadınların geyimlərində azad seçimlərindən, sərbəst surətdə küçələrdə gəzməklərindən danışıram. Mən bilmirəm Azərbaycanı yersiz tənqid edənlər nə istəyirlər, islamist rejimin, esktremistlərin hakimiyyətə gəlməsini istəyirlərmi? Mən dünyəvi dövləti, bu dünyəviliyi, ölkəsinin bir tərəfdən müstəqilliyini, digər tərəfdən isə inkişafını təmin edə bilən dövlət başçısını təcrid edirəm. Mən fransızlara yerində gedib reallığı öz gözləri ilə görməyi, deyilənlərə uymamağı tövsiyə edirəm. Demokratiya özü də hər zaman kamil olmur, səhvlərə yol verilir. Fransa əsl demokratiya yaratmaq üçün 2 əsr sərf edib. Lakin son vaxtlar Fransada baş verənlər, zorakılıq halları, demokratiyanın, əhalinin qərarların qəbul edilməsində kifayət qədər təmsil olunmaması kimi tənbehlər göstərdi ki, hətta insan hüquqları və demokratiyanın beşiyi olan bir ölkədə belə hər şey elə də kamil deyil. Azərbaycan müstəqilliyini 90-cı illərdə əldə edib və ölkənizdə əsl demokratiyanın qurulması üçün vaxt lazımdır. Odur ki, bir neçə nəfərin dediyini təkrar edərək, ölkəni karikatura şəklində təqdim etmək tamamilə səhv və ədalətsizdir.

Jurnalistin “Azərbaycan haqqında mənfi fikirlərin səsləndirilməsində Fransadakı erməni lobbisinin təsiri varmı” sualına cavabında isə o, bunu birmənalı təsdiqləyib:”Təəssüflər olsun ki, hətta mənim bəzi deputat həmkarlarım seçildikləri seçki dairəsində erməni icmasının çoxluq təşkil etməsi səbəbindən Ermənistanın tərəfini tutmaqda maraqlıdırlar. Bu reallıq Paris, Marsel, Lion və bir sıra digər şəhərlərə şamil edilə bilər. Həqiqətdən uzaqlaşan bu şəxslərin Azərbaycana dair mənfi mühakimələrinin əsasında ərazilərində erməni seçicilərin çoxluq təşkil etməsi və onların səslərinə olan maraqlarıdır”.

Jan-Lük Reitzer onu da deyib ki, Azərbaycanın ünvanına yazılan əsassız tənqidlərlə dolu yazılarla özləri-özlərinə ziyan vurmuş olur:”Əslində biz Azərbaycanın fransızdilli birinci xanımının olmasından, onun Fransaya olan marağından və sevgisindən bəhrələnə bilərdik. Bunun əvəzində isə belə yazılarla iqtisadiyyatımızın ziyanına olan qərarların verilməsinə imza atmış oluruq. Bakıda istifadəyə verilən minik avtobusları fransız şirkəti Mobilye Ürbən (Mobilier Urbain) tərəfindən Ardeş (Ardèche) regionunda istehsal olunub. Biz Fransa-Azərbaycan iqtisadi əlaqələrini daha da inkişaf etdirə bilərdik. Əlbəttə, Azərbaycanda böyük şirkətlərimizin fəaliyyəti var. Çaxırçılıq, heyvandarlıq sahələrində də əlaqələrimiz inkişaf edib. Lakin iqtisadi əlaqələrimizi daha da inkişaf etdirə, orta və kiçik şirkətlərimizin Azərbaycanda fəaliyyətini genişləndirə bilərik. Fransada suyun, tullantıların təmizlənməsi sahələri inkişaf edib. Bu sahələr, həmçinin turzim üzrə əməkdaşlığımız hər iki tərəfə uğur gətirə bilər”.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər -5 FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ