çərşənbə günü, 21 oktyabr 2026
     

Pekinlə Londonu birləşdirən XXI əsrin ilk böyük transdəmiryolu Bakıda açıldı… - YENİLƏNDİ

Image


Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak edib.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib. Azərbaycan Prezidenti bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Prezident İlham əliyev sonra deyib: "Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan Baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir".

İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".

Prezident bildirib ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək:

"Əminəm ki, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilib və nəhayət, bu gün Azərbaycanda, Ələtdə bu yolun açılışını qeyd edirik".

Dövlət başçısı vurğulayıb ki, bu yolun tikintisi Azərbaycan, Gürcüstan və Türkiyə arasında qardaşlığın, dostluğun nəticəsidir: "Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir, ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edir. Bakı-Tbilisi-Qars bu layihələr arasında öz layiqli yerini tutmuş bir layihədir".

İlham Əliyev əlavə edib: "2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakı-Tbilisi-Ceyhan kəmərini açmışdıq. Bu neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin Şərq hissəsindən neft nəql edilir. Yəni bizim ölkələrimiz başqa ölkələr üçün tranzit imkanları da təmin edir. Ondan bir il sonra, 2007-ci ildə yenə də Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq hesabına Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. Bu layihə həm Azərbaycanın, həm Gürcüstanın, həm də Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir".

Azərbaycan Prezidenti bildirib ki, üç ölkə eyni zamanda öz elekrik xətlərini birləşdirib və bu gün bu sahədə əməkdaşlıq uğurla inkişaf edir: "Təbii ki, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” də məhz Azərbaycan, Gürcüstan və Türkiyənin, həmçinin digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi”nin 4 hissəsi var. Şahdəniz-2 – işlərin 98 faizi icra edilib. Cənubi Qafqaz boru kəməri – Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir. Orada icra səviyyəsi 99 faizdir. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP layihəsinin icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə haradasa 60 faizə yaxındır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu daha əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb.

Təbii ki, əgər əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, irimiqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında yalnız danışa bilərdik. Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil və bunun üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz olan yerdə, qarşılıqlı dəstək olan yerdə, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da bir-birini dəstəkləyəcək".

Dövlətimizin başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir: "Bu dəmir yolu layihəsinə Orta Asiya, Qazaxıstan böyük maraq göstərir. Orta Asiyadan və Qazaxıstandan gəlmiş nümayəndə heyətləri, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq. Bizim ölkələrin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmlənəcək".

İlham Əliyev deyib ki, Avropa üçün bu yolun böyük əhəmiyyəti var: "Azərbaycan artıq bir neçə Avropa ölkəsi ilə müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər. Onu da qeyd etməliyəm ki, Azərbaycan eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni bütün infrastruktur hazırdır".

Prezident qeyd edib ki, eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur:

"Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq. Hesab edirəm ki, bu mümkündür və əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir: "Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir, çox böyük sərmayə qoyulub. Azərbaycanda 2004-cü ildən bu günə qədər 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə ən böyük dəniz donanması var. 270 gəmidən ibarət donanma Xəzərdə yük daşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük Gəmiqayırma Zavodu tikilmişdir ki, bütün növ gəmiləri bu zavod istehsal edir. Bu zavod gələcəkdə Xəzərdə yük daşımalarının gözlənilən artımı ilə bağlı daha böyük həcmlə çalışacaq.

Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bu gün burada olduğumuz Ələt Dəniz Beynəlxalq Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir. Artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələnin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq. Yəni son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb ki, bu infrastruktur həm ölkəmiz, həm bölgə, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir".

Prezident bir daha qeyd edib ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir: "Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub. Biz heç bir yerdən heç bir yardım almadıq, heç bir kredit almadıq, daxili imkanlar hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.

Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qarsın yolu həmişə açıq olacaq".

Gürcüstanın Baş naziri Bakı-Tiflis-Qars dəmir yolunun mövcud iqtisadi reallıqları dəyişəcəyinə əmindir

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı birgə strateji layihələrin uğurla reallaşdırılmasının bariz nümunəsidir. “Trend”in məlumatına görə, bunu BTQ-nin açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

O əmin olduğunu bildirib ki, yeni dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək və təkcə regionda yox, həm də onun hüdudlarından kənarda da inkişaf üçün yeni imkanlar yaradacaq: “Yük daşımaları ilə yanaşı, BTQ ildə bir milyon sərnişinə də xidmət göstərəcək. Yeni dəmir yolunun işə salınması regionun nəqliyyat və ticarət statusunu möhkəmləndirəcək”.

G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan tərəfi “Bir kəmər – bir yol” təşəbbüsünün də reallaşmasına töhfəsini vermək istəyir: “Biz istəyirik ki, Gürcüstan və bu region Transavropa nəqliyyat şəbəkəsi ilə inteqrə olunsun və mən əminəm ki, Bakı-Tbilisi-Qars bu məqsədə nail olmaqda böyük rol oynayacaq”.

Nazir onu da əlavə edib ki, noyabrın 28-29-da Tiflisdə “İpək yolu” layihəsi üzrə yüksək səviyyəli beynəlxalq forum keçiriləcək.

Qazaxıstan və Qırğızıstan Baş nazirləri…

Yeni dəmir yolu bütün regionumuzun tranzit-nəqliyyat və logistika potensialının tam reallaşması üçün böyük əhəmiyyət daşıyır.

Bunu Bakı-Tiflis-Qars dəmir yolunun açılışı mərasimində Qazaxıstanın Baş naziri Bakıtjan Sagintayev deyib.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi tarixi İpək yolunun bərpa olunmasına böyük töhfədir. Bunu isə mərasimdə iştirak edən Özbəkistanın Baş naziri Abdulla Aripov deyib.

O vurğulayıb ki, BTQ “Şimal-Cənub” layihəsinin vacib tərkib hissəsidir.

Nazirin sözlərinə görə, Özbəkistan bu nəqliyyat dəhlizi ilə yüklərin daşınmasında maraqlıdır.

Binəli Yıldırım təbrik məktubu göndərdi...

Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyada sülh, qardaşlıq və əminamanlığa mühüm töhfə verəcək. “Trend”in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycan paytaxtında keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin açılış mərasiminin iştirakçılarına təbrik məktubunda deyilir.

Baş nazir bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyətinin məhsulu olan bu layihə sadəcə ölkələrimiz arasında əməkdaşlığı göstərmir, eyni zamanda, Çindən başlayıb Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan tarixi İpək Yolunun da önəmli bir hissəsini təşkil edir.

B.Yıldırım qeyd edib ki, Orta dəhliz kimi də adlandırılan bu yol Avrasiyada mədəniyyətləri birləşdirən bir öhdəlik daşıyacaq: "2004-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dönəmində Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir fikir layihəsi olaraq ölkə nazirləri ilə başlatdığımız çalışmalar 2008-ci ildə Qarsda üç ölkənin liderinin iştirakı ilə təməlatma səviyyəsinə gələrək önəmli bir mərhələ qət etmişdir. Bu illər ərzində bir çox çətinliklərin yaşanmasına rəğmən, hər üç ölkənin lideri heç bir zaman dəstəyini əsirgəməyib və nəhayət, layihə xoşbəxt sonluğa çatıb".

Baş nazir vurğulayıb ki, Bakı-Tiflis-Qars dəmir yolu bölgə və Avrasiya coğrafiyasının sülh, qardaşlıq və əmin-amanlığına mühüm töhfə verəcək.

Bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçsə…

Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun açılışı regionun gələcəyi üçün mühüm hadisədir. Bu sözləri Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Çindən Avropaya gedən yükün həcmi 240 milyon tonu keçir: "Bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçən "Orta dəhliz" vasitəsilə nəql olunsa, o zaman biz əlavə olaraq 24 milyon ton yük daşıya bilərik".

Ərdoğan, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Çıxışlardan sonra Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olunub.

Sonra dövlət və hökumət başçıları Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.

Bununla da Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürüb və birgə foto çəkdiriblər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tiflis-Qars dəmir yolu xəttilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tiflis-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu onu göstərir ki, Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tiflis-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tiflis-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Avroittifaq BTQ-nin açılışını nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addım adlandırdı

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır. “Trend”in məlumatına görə, bu, Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır ki, bu da sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaqdır. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək".

Bəyanatda qeyd edilir ki, təşkilat enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək “Cənub Qaz Dəhlizi”ni də dəstəkləyir.

 “BTQ-nin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır”

“Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır”. Bunu BTQ-nin açılışına münasibət bildirən ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

"BTQ layihəsi çərçivəsində Azərbaycan tərəfindən aparılan işlər təsirlidir və dövlət siyasətinin bu cür dinamik tətbiqi digər ölkələr və regionlar üçün nümunə olmalıdır. Azərbaycanlı alim və mühəndislərin nəqliyyat infrastrukturu sahəsindəki təcrübə və peşəkarlığı MERKOSUR ölkələri (Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela) üçün qiymətli mənbə olacaq".

Teys qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsi aşağıdır, iqtisadiyyatı sürətlə inkişaf edir və BTQ kimi regional nəqliyyat layihələri ilə logistik mərkəzə çevrilir: "BTQ layihəsinin reallaşdırılması böyük uğurdur. İştirakçı ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə) bu layihə sayəsində regional ticarətdən mənfəət götürəcəklər, turizm axını artacaq, davamlı inkişaf və çoxmədəniyyətli dialoqa nail olacaqlar".

“Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir”

Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir. Bunu isə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. O bildirib ki, tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub: "Bu səbəbdən də həm ulu öndərimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub”.

S.Vəliyeva qeyd edib ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işlərinin həyata keçirilməsi, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi nəticəsində Asiya ilə Avropanın qovuşmasında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi daha da artıb: “Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan beynəlxalq təşəbbüslərin də müəllifidir. Bu təşəbbüslərdən biri BTQ dəmir yolu layihəsidir. Tarixi İpək Yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin icrası başa çatıb. Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına şərait yaradacaq".

Deputat vurğulayıb ki, BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək: "Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edəcək, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək”.

O deyib ki, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq: "Həmçinin, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması demək olacaq. Bu mənada Azərbaycan BTQ yeni dəmir yolu bağlantısı layihəsinin uğurla başa çatdırılmasını təmin etməklə, gələcəyə hesablanmış daha bir möhtəşəm addım atdı. Ölkəmizə gələcək bütün iqtisadi dividendlərlə yanaşı, BTQ tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktora çevriləcək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ