Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Ermənistana birləşdirmək təşəbbüsünün ciddi tarixi səhv olduğunu və ölkəyə azadlıq gətirmədiyini bildirib.
Bu barədə RİA Novosti xəbər verir.
Paşinyan bu açıqlamanı seçki kampaniyası çərçivəsində Sünik bölgəsində seçicilərlə görüşündə verib. Baş nazir hərəkatın 1988-ci ildə başladığını və Azərbaycanla uzun müddətdir davam edən silahlı münaqişəyə səbəb olduğunu xatırladıb.
Ermənistan cəmiyyətinın 1990-cı illərdəki Qarabağ münaqişəsində qələbədən çox danışdığını ifadə edən baş nazir deyib: "Bəs qalib Ermənistanda rifah, azadlıq və sərbəst ifadə var idimi?"
SAMİRƏ