Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.
“Trend”-in məlumatına görə, bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds deyib. Raymonds qeyd edib ki, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.
“Dağlıq Qarabağda "dondurulmuş" münaqişə davam edir”.
Bu fikir isə Estoniya prezidenti Toomas Hendrik İlvesə aiddir.
BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Estoniya prezidenti Toomas Hendrik İlves deyib, ki, gücdən istifadə qadağası və dövlət sərhədlərinin toxunulmazlıq prinsipi BMT nizamnaməsində öz əksini tapıb. Onun sözlərinə görə, Dağlıq Qarabağda və Dnestryanıda "dondurulmuş" münaqişələr davam edir.
Toomas Hendrik İlves beynəlxalq hüquq normalarına riayət olunmasını təmin etməyə imkan verəcək mexanizmlər yaradılmasının zəruri olduğunu qeyd edib. O hesab edir ki, BMT bu istiqamətdə işə başlamasa, öz aktuallığını itirəcək.