Bazar günü günü, 10 may 2026
     

Prezident Mingəçevirdə yeni təməli qoyulan Sənaye Parkının üstünlüklərindən danışdı

Image


Aparılan islahatlar artıq öz bəhrəsini verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Ölkə başçısı deyib: "Əziz dostlar, əziz mingəçevirlilər, mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevir şəhərinin həyatında, ümumiyyətlə, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk".

Prezident İlham Əliyev bildirib ki, bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır: "Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.

Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə, eyni zamanda, Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək. Mən ölkəmizin sənaye inkişafı ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır. Çünki Mingəçevir böyük şəhərdir. Şəhərin əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Eyni zamanda, şəhər əhalisi həm hazırlıqlıdır, peşəkardır, həm də Mingəçevirdə kifayət qədər böyük əmək qüvvəsi var. Baxmayaraq biz ölkə miqyasında işsizliyi böyük dərəcədə aşağı sala bilmişik, ümumi rəqəm təqribən 5 faiz ətrafındadır, Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir".

Dövlət başçısı qeyd edib ki, bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir: "Bizim qarşımızda duran əsas vəzifələrdən biri də ondan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.

Yaxşı bilirsiniz ki, son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik. Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq. Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır".

Ölkə başçısı vurğulayıb ki, bütün bu məsələlər bir-biri ilə uzlaşmalıdır və müvafiq qurumlar bu işlərlə məşğul olurlar: "Bizim pambıq istehsalımız artdıqca burada emal olunan məhsul da təbii ki, artacaq. Eyni zamanda, mən artıq Sabirabadda pambıqçılıqla bağlı müşavirədə qeyd etdim, bir daha demək istəyirəm ki, biz yaxın illərdə yeni pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan qat-qat çox məhsul yetişdirəcəyik. Bu fabriklərin fəaliyyəti, eyni zamanda, yun tədarükünə də müsbət təsir göstərəcək. Əfsuslar olsun ki, bu sahə Azərbaycanda tənəzzülə uğrayıb. Halbuki bunun çox böyük potensialı var. Sovet vaxtında bu sahə bizim respublikamıza çox böyük gəlir gətirirdi. Ona görə, yun tədarükü yun ipliyi fabriki ilə uzlaşma səviyyəsində fəaliyyət göstərməlidir.

Burada ayaqqabı fabriki yaradılacaq. Azərbaycanda dəri istehsalı artmalıdır. Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə, biz böyük gəlir itiririk. Hər bir sahə inkişaf etdikcə, onun digər sahəyə də böyük təsiri olacaq. Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun inkişafıdır. Bax bu gün biz bunu görürük. Bizim siyasətimiz investisiyaları cəlb etməkdir. Biz görürük ki, buraya çox böyük həcmdə sərmayə qoyulacaq. Mənə verilən məlumata görə, avadanlığın alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə demişəm, - ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulur. Biz neft-qaz sektoruna qoyulan sərmayələrə öyrəşmişik, bu, təbiidir. Çünki bu, çox böyük gəlir gətirən sahədir və xarici investorlar özləri maraq göstərirlər və bizə müraciət edirlər. Qeyri-neft sektoruna isə investorları biz özümüz cəlb etməliyik. Həm dövlət orqanları, həm yerli icra orqanları, investorlar, sahibkarlar - biz burada bir nöqtəyə vurmalıyıq. Ona görə, investisiyaların təşkili və böyük həcmdə buraya gətirilməsi bizim siyasətimizin təzahürüdür".

Prezident İlham Əliyev daha sonra bildirib: "Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunmuşdur. O gündən bu günə qədər on minlərlə yeni müəssisə, bir milyondan çox yeni iş yeri yaradılmışdır. Bölgələrimiz inkişaf edir, şəhərlərimiz abadlaşır, infrastruktur layihələri icra edilir, sahibkarlığın inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı burada özünü göstərir. Mən Prezident kimi parkın yaradılması ilə bağlı Fərman imzalamışam. İlkin vəsait ayrılıb ki, infrastruktur işləri görülsün. İnvestorlar isə, öz növbəsində, bütün qalan işləri görəcək və yaxın illərdə Mingəçevirdə ən müasir standartlara cavab verən sənaye müəssisələri zonası - klasteri yaradılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsün və bizim ixrac potensialımız artsın. Ona görə, bu gün böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilib.

Aparılan islahatlar, ilk növbədə, idarəetmə, kənd təsərrüfatının, ixracın təşviqi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, Mingəçevirdə bu Sənaye Parkının təməlini biz məhz bu il qoyuruq. Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır".

Ölkə başçısı qeyd edib ki, bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəyə böyük xeyir gətirəcək: "Burada çox böyük tikiş fabriki yaradılacaq. Təkcə tikiş fabrikində 2 min iş yeri açılacaq. Tikiş fabriklərində adətən qadınlar işləyir. Bu, onu deməyə əsas verir ki, indi qadınlar üçün də yeni iş yerləri yaradılır. Biz çalışmalıyıq ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Bu fabriklərin yaradılması əlbəttə ki, Mingəçevirin inkişafına böyük təkan verəcək.

Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər ərzində şəhərdə gedən quruculuq-abadlıq işləri hamımızı sevindirir. Bu, mənim Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox işlər görülüb. Mingəçevirin infrastrukturu ilə bağlı önəmli layihələr icra edilib. İndi Bakı-Mingəçevir avtomobil yolu ən yüksək standartlara cavab verir, çox gözəl, hamar yoldur. Mingəçevirdə digər yol layihələri də icra edilmişdir.

Qazlaşdırmanın səviyyəsi 96 faizdir. Çox yaxşı göstəricidir. İçməli su, kanalizasiya layihəsi icra edilir. Çox güman ki, bu layihə gələn il başa çatacaq. Hələ ki, içməli su ilə bağlı problemlər var və onlar aradan qaldırılacaq. Elektrik enerjisinə gəldikdə, Mingəçevir özü ölkəmizin böyük hissəsini elektrik enerjisi ilə qidalandırır. Burada da heç bir problem yoxdur. Sosial infrastrukturun yaradılması istiqamətində işlər gedir. Keçən il şəhər xəstəxanası əsaslı təmir edilmişdir. Köçkünlər üçün böyük şəhərcik salınmışdır və artıq köçkünlər o evlərə yerləşiblər. Mingəçevir Dram Teatrının binası təmir edildi. Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalanmışdır. Biz Kür avarçəkmə bazasını yenidən qurduq. Mən xatırlayıram, ilk dəfə 2000-ci illərin əvvəllərində Milli Olimpiya Komitəsinin prezidenti kimi bazaya baş çəkmişdim. Əlbəttə, indiki mənzərə o vaxtkından müqayisəedilməz dərəcədə fərqlənir. O vaxt o bazadan demək olar ki, əsər-əlamət qalmamışdı, köçkünlər orada yerləşmişdi. Biz onların da problemlərini həll etdik. Onlara da gözəl şərait yaratdıq və bazanı yenidən qurduq. Gözəl otel, məşq zalları fəaliyyət göstərir. Avarçəkmə ilə məşğul olmaq üçün bütün imkanlar var. Siz mingəçevirlilər yaxşı bilirsiniz ki, bu bazanın çox böyük əhəmiyyəti var. Sovet İttifaqında və postsovet məkanında bu, bütün mövsümlərdə istifadə edilə biləcək yeganə avarçəkmə bazasıdır. Buraya xaricdən də idmançılar gəlirlər, məşq edirlər. Bu da özlüyündə şəhərin inkişafına bir töhfədir".

Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, Mingəçevirin gözəl turizm potensialı var: "Artıq burada bir neçə otel fəaliyyətə başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi və ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir. Çünki bu gün turizmin inkişafı prioritetlər sırasındadır. Vizalarla bağlı dəyişikliklər bu il turizmin inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir. Kür çayı böyük çaydır. Suyun rəngi də, keyfiyyəti də bir az fərqlidir. Kür çayı burada tərtəmiz, gözəl, gözoxşayan rəngdədir. Burada çox gözəl təbii şərait, infrastruktur var. Gəncə və Qəbələ Beynəlxalq aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün gözəl imkanlar var. Ona görə, gələcəkdə burada turizm potensialı inkişaf etməlidir.

Mingəçevir energetiklər şəhəri, Cənubi Qafqazın yüngül sənaye mərkəzi və müasir, abad şəhər kimi, əlbəttə ki, bundan sonra da sürətlə inkişaf edəcək. Bu gün tarixi bir gündür, əlamətdar bir gündür. Bu gün çox böyük layihəyə start verildi. Hazırda ölkəmizdə bir neçə sənaye parkı var. Onlardan ikisi Sumqayıtdadır. Sumqayıt Texnologiya Parkı fəaliyyət göstərir. Sumqayıt Kimya Sənayesi Parkı isə fəaliyyətə başlayır. Üçüncü böyük sənaye parkı Mingəçevirdə yaradılacaq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 19:34
Kremldən Ermənistana “qırmızı xətt” xəbərdarlığı – Zelenskiyə qəsdən şərait yaradıblar...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ