Təzəpir məscidində namaz saat 9:00-da başlayıb.
Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb. Baki-xeber.com saat 9:00-da Təzəpir məscidində qılınan bayram namazına yüzlərlə paytaxt sakini qatılıb. Birlikdə namaz qılınıb, dualar edilib, Allahdan mərhəmət, əminamanlıq və ruzi bərəkət dilənib.
Qeyd edək ki, bütün dünyada müsəlmanlar Qurban bayramını qeyd edir.