ABŞ dövlət Departamenti şənbə günü Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb.
"Biz Azərbaycan höküməti tərəfindən əlavə müsbət addımlar atılacağını gözləyirik" – “Trend” ABŞ dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Con Kirbi söyləyib.
Xatırladaq ki, Natiq Cəfərli avqustun 12-si saxlanmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 4 ay həbs cəzası verilmişdi.
Cümə günü N.Cəfərli məhkəmə zalından azadlığa buraxılıb.