şənbə günü, 15 avqust 2026
     

Vüqar Rəhimzadə: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi

Image


44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarından biri də "Xarıbülbül" musiqi festivalı ənənəsinin bərpasıdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən bu festivalın özündə ehtiva etdiyi məqamlardan bəhs etmədən öncə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın dirçəlməsindən, çal-çağırlı günlərinin bərpasından, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilməsindən danışmaq istərdim. Mayın 11-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılışının iştirakçılarından biri kimi böyük qürur hissi ilə qeyd edə bilərəm ki, Şuşa sözün əsl mənasında dirçəlib. Bu il  festivalın məkanının  genişlənərək Laçını da əhatə etməsi hər birimizdə böyük qürur hissi yaratdı. Xüsusi vurğulamalıyam ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə ərsəyə gələn builki festival böyük maraq və rəğbətlə qarşılandı. Hər kəs şahid oldu ki, həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının Şuşanın və Laçının adına  layiq və nümunəvi təşkili üçün yüksək peşəkarlıq göstərdilər. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı qədim tarixə malik mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.

Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə müxtəlif  mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayır. Atılan hər bir addım, ölkəmizin əməkdaşlıq, birlik, həmrəylik cağırışlarının əməli fəaliyyətdə öz təsdiqini  tapması bu körpünü daha da möhkəmləndirir. Təqdirə layiq haldır ki, builki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə musiqiçiləri də öz məharətlərini göstərdilər. Həmçinin bu reallığı da xüsusi qeyd etməliyəm ki, Şuşa şəhəri 2024-cü il üçün  İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və builki musiqi festivalı bu mühüm hadisəyə həsr edilmişdi.  Dövlət başçısı İlham Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan birinci dəfə deyil ki bu şərəfli ada layiq görülür.  2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdilər. Bu, Azərbaycanın İslam dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinə davamlı töhfələrinin nəticəsidir. Prezident İlham Əliyev bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə təşəkkürünü bildirərək bu addımı  İslam dünyasının Azərbaycana növbəti dəstəyi, hörməti kimi dəyərləndirdi.

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir ki, əziz Şuşa, biz qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bu gün Şuşanın öz əvvəlki simasını bərpa etməsindən qürurla söhbət açırıq. İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir şəhərsalma qaydalarına uyğun olaraq bərpa edilir. İlk olaraq burada infrastrukturun bərpasına və yenidən qurulmasına diqqət yetirildi. Füzulidən Şuşaya Zəfər yolu çəkildi.  Prezident İlham Əliyev mayın 10-da  Füzuli və Laçın rayonlarına, Şuşa  şəhərinə səfəri çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Bu  avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Səfər zamanı, həmçinin  Xankəndi-Şuşa-Laçın avtomobil yolunda da  görülən işlərlə tanışlıq  oldu. Bir daha sübut olundu ki, görülən hər bir iş tarixi sahibinə qovuşan torpaqlarımızın dirçəlməsinə, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışına  xidmət edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfəri zamanı  Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. Birinci yaşayış kompleksinin açılışı oldu və Şuşa şəhərinə köçmüş  ilk sakinlərlə görüş keçirildi. Bəli, görünən odur ki, Şuşa gündən-günə sözün əsl mənasında, dirçəlir, gözəlləşir, özünün tarixi ruhunu bərpa edir. Hazırda İslam mədəniyyətnin paytaxtında dörd məscid yenidən qurulub, digər məscidlərdə isə təmir-bərpa işləri aparılır.

   Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin bu məkandan bir daha səsləndirdiyi "Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq" çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj olmalıdır. Artıq Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib və bu proses uğurla davam edir. Eyni zamanda, Azərbaycan regionda sülhün,  təhlükəsizliyin təmin edilməsi üçün  Ermənistana  sülh təklifi edilib. Ölkəmizin hər bir addımı ədalətə və beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir.

 Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin festivalın açılışındakı çıxışı hər birimizi qürurlandıracaq çağırışlarla zəngin oldu. Şuşanı sülhün, zəfərin, qəhrəmanlığın rəmzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması   mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar açacaq. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi. Belə bir əminlik də ifadə olundu ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra buradan ancaq musiqi sədaları səslənsin. 

Baş redaktor  bildirib ki, açılış mərasimindəki çıxışında  ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də  bu məqama xüsusi diqqət yönəltdi ki,  Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Salim bin Məhəmməd əl-Malik  arzusunu da  ifadə etdi: Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır!

Vüqar Rəhimzadə mədəniyyət paytaxtımız Şuşanın  ötən il türk dünyasının, bu il İslam dünyasının paytaxtı elan edilməsini ölkəmizin xarici siyasətində türk dövlətləri və müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin və bu istiqamətdə qazanılan uğurların  yüksək dəyərləndirilməsinin ifadəsi kimi diqqətə çatdırıb. Onu da bildirib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın zəngin tarixinin təbliğində əhəmiyyətli rol oynayır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ