Daxili İşlər Nazirliyindən (DİN) "Qala-BTX” və "Azər Mühafizə” MMC-nin qanunsuz əməlləri ilə bağlı məsələyə münasibət bildirilib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, işə qəbul olunarkən vətəndaşdan depozitə qoymaq adı ilə pul almaq mövcud əmək qanunvericiliyinə ziddir: "Ən azından bu fakt onu göstərir ki, adıçəkilən özəl mühafizə şirkətlərinin rəhbərliyi dələduzluqla məşğul olub. Vətəndaşlar da öz növbəsində belə hallarla qarşılaşmamaq üçün diqqətli olmalı, öz hüquqlarını bilməli və belə dələduzların toruna düşməməlidirlər”.
O. Mansurzadə həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir: "Vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən zəruri olan bütün tədbirlər görüləcək”.