Almaniya Kansleri Angela Merkel Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda tərəqqiyə ümid edir. Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu A.Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, görüşdə məqsəd Astanada dördtərəfli sammitə hazırlıqda irəliləyişin olub-olmamasını anlamaqdar.