"Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”.
APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.