Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur”.
APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel bu gün prezident İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.
Azərbaycan-Almaniya münasibətləri barədə sualları cavablandıran A. Merkel deyib ki, Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər.