"Ermənistandakı son hadisələr göstərir ki, onlar cəbhədə müvəffəqiyyət qazana bilmədiklərindən dezinformasiya xarakterli məlumatlar yaymaqla Azərbaycan tərəfini informasiya mübarizəsinə çəkməyə çalışırlar”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən bəyan edilib ki, Ermənistandakı hərc-mərclik, ordudakı döyüş və qeyri-döyüş itkilərinin sayının çoxalması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin imicinə sarsıdıcı zərbə vurmaqla yanaşı, onları psixoloji tarazlıqdan çıxarır: "Bu cür vəziyyət Ermənistanın hərbi komandanlığının özünü qeyri-adekvat aparmasına səbəb olur, onların cəbhədəki vəziyyəti xeyirlərinə dəyişmək məqsədilə tələm-tələsik, səhv qərarlar verərək uğursuz kəşfiyyat-təxribat əməliyyatları keçirməyə cəhd göstərməsinə və bununla da mənasız itkilərin sayının artmasına şərait yaradır”.