"Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir”. APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin məlumatlına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.