Rusiyanın Surqut şəhərinin prokurorluğu 49 yaşlı iş adamı Barat Əkbərovun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb. APA-nın "siapress.ru” saytına istinadən verdiyi məlumata görə, B. Əkbərovun axtarışına şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105.1 maddəsi (qətl) ilə cinayət işi açılıb.