Azərbaycan xalqının tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Küveytin nüfuzlu və geniş oxucu kütləsinə malik "əl-Nahar” və "əl-Vasat” qəzetlərində Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin bəyanatı dərc edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda keçmiş sovet ordusunun Bakıda və ölkəmizin bir sıra digər şəhərlərində törətdiyi vəhşiliklər öz əksini tapıb. Başda Mixail Qorbaçov olmaqla, bu qanlı faciədə əli olanların beynəlxalq hüququn norma və prinsiplərinə zidd insanlıq əleyhinə cinayətləri barədə ətraflı məlumat verilib.