Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb. Trend-in məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.