20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir.
N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tələbi Sovetl İttifaqının çökməsi üçün zəmin hazırlamışdı.