Bazar günü günü, 08 noyabr 2026
     

Polis - mənəvi-əxlaqi və peşə keyfiyyətlərinə yeni baxışlar və yeni nümayişlər...

Image



Polisə tabe olmayanların "Qoçu Əsgər" kimi təqdim edilməsi mərəzi...

Son zamanlar polisin qanuni tələblərinə qarşı həddini aşan və özünü idarə edə bilməyən bəzi vətəndaşların əməlləri sosial şəbəkələrdə polisin cəmiyyətdəki nüfuzuna kölgə salan hal kimi yayılır. KİV-də belə olayların şərəfli peşəni aşağılayan tərzdə qəsdən yayılması arzuolunan deyil. Polisə qarşı aqressiv davranan hər bir həmvətənimin hərəkət və hərəkətsizliklərinə baxdıqca qəhərlənməmək olmur.
Cəmiyyətin təhlükəsizliyinin müasir vəziyyəti polisin fəaliyyətinin təşkilində yeni yanaşma tələb edir. Bu bütün dünya, konkret ölkələr və beynəlxalq ictimaiyyət üçün aktual problemdir.
Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra hüquq-mühafizə, xüsusən də polis orqanlarında ciddi islahatlar həyata keçirildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar konsepsiyası bir növ Azərbaycan polisinin XXI əsrdə fəlsəfi paradiqmasını (polisin fəaliyyətində yeni model) müəyyən etdi. "Polis haqqında" və "Əməliyyat - axtarış fəaliyyəti haqqında" qanunlarda insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin əsas qayəsi əksini tapdı.
Polisin müasir fəlsəfi paradiqması demokratik və hüquqi dövlətin prinsipləri, ölkə vətəndaşlarının təhlükəsizliyinin yüksək səviyyədə təminatı, insan və vətəndaş hüquq və azadlıqlarına hörməti və təbii ki, ölkədə sabitliyin davamlı mühafizəsi ilə vəhdət təşkil edir.
Bu mənada polis - dövlət qulluğunun xüsusi növündə çalışan hakimiyyətin səlahiyyətli nümayəndələri yüksək mədəniyyətə və əxlaqa malik olmalı, peşəkarlığı ilə cəmiyyətdə seçilməli, cəmiyyətin hörmət və etimadını uca tutmalıdırlar. Başqa sözlə, onlar sosial - xidməti missiyalarına və özlərinin peşə borclarına riayət etməyi bacarmalıdırlar.
Qənaətimə görə, hər bir Azərbaycan vətəndaşının məsuliyyətinin artdığı bir dövrdə polisin də cinayətkarlıqla mübarizədə fəlsəfi nəzəriyyəsi dəyişir, dəyişən cəmiyyətdə polisin mübarizə fəaliyyəti cəmiyyətin ovqatına uyğun yenilənir, bu sahədə ciddi islahatlar aparılır.
Polis peşəsinin deontoloji (deontologiya-əxlaq və mənəviyyat haqda təlim) aspektə uyğun qurulmasını nəzərə alsaq, bu peşəyə - sənətə və əhaliyə xidmət xarakteri də tədricən yenidən qurulur.
Polis xidmətinə görə yüksək sosial əhəmiyyətə malik olan işi yerinə yetirir. Fəaliyyət istiqamətlərini icra edərkən özünə xas, nadir bilik bazasına əsaslanır, təşkilatını özü tənzimləyir. Ona görə də spesifik xidmətini necə gəldi, yəni diletantcasına (peşəkarlığı və biliyi olmadan yerinə yetirmə) deyil, ağılla, təmkinlə, əksər hallarda çevik, qanunlara peşəkarcasına və məsuliyyətlə yanaşmaqla icra edir.
Polisin XXI əsrdəki xidmətinin fəlsəfi xarakterini (cəhətlərini) müəyyən edərkən fəaliyyətini tənzimləyən qanunvericilik bazasına ordunun fəaliyyətinə xas yaxınlığı ilə yanaşmaq yolverilməzdir. Çünki polis Azərbaycan xalqının rahatlığına, dövlətçiliyə, ictimai təhlükəsizliyin təmin olunmasına sutka ərzində xidmət edən bir qurumdur. O, güc strukturu deyil. Bu məqsədlə mövcud qanunlar və ona edilən əlavə və dəyişikliklər zərurətdən yarandığından, onu əhaliyə xidmət konsepsiyası kimi qəbul etmək olar. Həmin qanunlarda polisə nəyi etmək olar, nəyi yox, səlahiyyətlərinə məhdudiyyətlərin tətbiqi və peşəkarlığın qayəsi kimi ehtiva edilən prinsiplər öz əksini tapır. Artıq "polis və cəmiyyət" anlamı gündəmə gəlib. Tədricən ictimaiyyətin bu peşəyə nəzarəti öncədən (ictimai nəzarət) düşüncədə ərsəyə gələrək reallaşır. Amma spesifik xidmət sahəsinin fəaliyyəti ictimaiyyət üçün tam açıla bilməz. (Ş.Ə.)
Zənnimcə, polisin fəaliyyətindəki peşəkarlığın əsas "episentr"i etik prinsiplərdir. Necə deyərlər: "Peşəkarlıq etikadan başlayır".
Ölkədə sosial rahatlığı qoruyan, vətəndaşların fundamental hüquqlarını təmin edən polisin - sosial institutun missiyası əxlaqa səmtlənməli, cəmiyyətin ona etimadı və razılığı ilə bütövlənməlidir. Rahatlığın təmini, ictimai etimad və razılıq, mən deyərdim ki, müasir Azərbaycan polisinin ali məqsədi, sosial əhəmiyyət kəsb edən funksiyası kimi polisin fəaliyyətini tənzimləyən normalar, standartlar və dəyərlər məcmusudur. Bu yaxınlarda Lider TV-nin "polis və cəmiyyət" iki muxtar sistemin qarşılıqlı fəaliyyəti ilə bağlı verilişi də bunu təsdiq etmiş oldu. Azərbaycan xalqı "cəmiyyəti polissiz" və yaxud "polisi cəmiyyətsiz" təsəvvür etmir. Hələ Milli Ordunun formalaşmadığı bir dövrdə işğalçı tərəflə (əslində onların havadarları ilə) döyüşən, ilk şəhidlər verən polis əməkdaşları idi. Artıq müasir polis özünün vəzifə borcunu və sosial rolunu realizə edərkən obyektiv və qərəzsiz, şəxsi davranışı ilə nümunə olmağa çalışır, özəl maraqlarını güdmək niyyətini nümayiş etdirməkdən çəkinir. Belə olarsa - polislə əhali arasında olan münasibətin səmimiliyinə, ictimaiyyətin şüurunda polislə bağlı pozitiv fikrin formalaşdırılmasına təsir edə və əhali arasında nüfuzu daha da arta bilər.
Qeyd olunan faktorları polis orqanlarında çalışmaq istəyən yeni əməkdaşlara də aşılamaq lazımdır. Gənc əməkdaşlar sadəcə "işlə təmin olundum", "məqsədimə çatdım" yox, xidmətin məsuliyyətini, spesifikasını, nə dərəcədə o işin öhdəsindən gələ biləcəyinə, peşəkarlığın yetərli olacağına və s. motivasiya cəhətli sualların cavabını anlamalıdır. Belə namizədlərin əxlaqi və mədəni kamilliyi polis orqanlarına qəbul zamanı nəzərə alınmalıdır. Sağlam niyyət və qarşılıqlı inam yarada biləcək namizədlər də polisin fəaliyyətində çalışmaq və onun mənəvi tələbatına hazır olmağı ilə fəxr etməlidir. Müsbət keyfiyyətlərin onlarda cəmləşməsini nümunəvi xidmətləri ilə təsdiqləməlidir (inandırmalıdırlar). Zənnimcə, polis-vətəndaş etikası ilə peşə etikası arasında ziddiyyət olmazsa, polisin fəaliyyətinin mədəni əsasını da qoymaq mümkündür. Digər tərəfdən, yeni təyin olunmuş şəxslər polis xidmətinin dəyərlərini, standartlar sisteminin və sosial tapşırıqların öhdəlik kimi qəbul edilməsinin məsuliyyətini dərk etməlidir.
Orqana yeni qəbul edilənlərin ümumi dünyagörüşü, reallıqlara dair mülahizələri, şəxsi keyfiyyətləri, bilik səviyyəsi, biliyinin tətbiqi bacarığı və digər cəhətlər qiymətləndirilir. Polis dixotomik (bir-birinə zidd hissələrə bölünmə, xeyirin-şərlə mübarizəsi) mühitdə çalışdığını anlamalı və bunu bacarmalıdır, üzərinə düşən vəzifə səlahiyyətlərinə hörmətlə yanaşmalıdır.
Gələcəkdə xidmətinin məqsəd və funksiyasını, habelə mənəvi simasını görə bilməyən gənc əməkdaş tədricən özünə xas səciyyəvi xüsusiyyətlərini də itirə bilər.
BMT Baş Assambleyasının 1979-cu ildə qəbul etdiyi vəzifəli şəxslərin davranış kodeksi hüquq-mühafizə fəaliyyətini həyata keçirən qulluqçuların qanuni vəzifələrinə borc kimi daxil edilir. Davranış kodeksinin - etik qaydaların qayəsi ondan ibarətdir ki, polis kimin və nəyin xatirinə çalışdığını heç vaxt unutmamalıdır. Amma ölkədə təhlükəsizliyin və əhalinin rahatlığının təmin edilməsinə təkcə polis borclu deyil, bu çətin və şərəfli xidmətdə ictimaiyyətin mütləq dəstəyi çox vacibdir. Ona görə həm polis, həm də ictimaiyyət polislə sıx əlaqəyə hazır olmalı, qarşılıqlı anlaşma üçün hər iki tərəf əməkdaşlığa səy göstərməli, digər sosial institutlar və cəmiyyətə xidmət edən sosial güclər bu missiyada birgə çalışmalıdır. Birgə münasibətlərdə sosial dəyərlərə və ümumi maraqlara üstünlük verilməlidir.
Azərbaycan polisinin bugünkü tərkibi belə qənaətə gəlməyə əsas verir ki, demokratik cəmiyyətin hamının maraqlarını təmin edə biləcək mərhələsində təhlükəsizliyin və ictimai qaydaların mühafizə edilməsində cəmiyyətlə polisi bir araya gətirmək üçün imkanlar var və bu imkanların realizə olunmasına KİV, elektron saytlar, özəl və ictimai televiziyalar fərqlənməlidir. Sirr deyil ki, son aylar polisin fəaliyyətinə kölgə salan yazılara və olaylara çox yer verilir. Polisə onun qanuni tələbinə tabe olmayanlar cəmiyyətə "Qoçu Əsgər" kimi təqdim edilir. Və yaxud amansızlığın, zorakılığın, intim faktların bayram, şənlik günləri kimi təşviqi cinayətkarlığa "çağırışdır".
Polisin elitar tərkibinin təşkilatçılığı, analitik, nəzəri və praktik tövsiyələri, qabiliyyət və bacarığı strateji idarəetmə üçün yetərincədir.
Cinayətkarlıqla mübarizə missiyasının düşünülmüş şəkildə təşkili, həm də, idarəçiliyin səmərəli modelinin qurulmasına imkan yaradır. Bu cəhət polis orqanları üçün əhəmiyyətli modeldir.
Əməkdaşların cinayətkarlıqla mübarizə missiyasını həyata keçirərkən onu doğuran səbəbləri tədqiq və təhlil etmək, gözlənilən nəticəni proqnozlaşdımaq və mübarizənin siyasi kursunu müəyyən etmək üçün bilik səviyyələri tələb olunan həddə cavab verir.
Bu baxımdan Böyük Britaniya polisin fəlsəfi doktrinasına yenidən baxılmasına, cəmiyyətdəki roluna və funksiyasına görə ilk dövlətlərdəndir. 1990-cı ildən başlayaraq ölkədə müasir polisin xarakterik cəhətləri və məqsədləri ətrafında debatlara başlanmışdır. Əsas diqqət xidmətin keyfiyyət səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. "Polis xidmətinin dəyərləri və ümumi məqsədə doğru" adı altında dərc edilən müraciətdə deyilir: Polis xidmətinin məqsədi cinayətlərin qarşısını almaq; qanunları pozanları təqib etmək və onları ittiham etmək üçün məhkəməyə vermək; qanunlara ədalətlə və ciddi riayət etmək; krallığın rahatlığını təmin etmək; cəmiyyətə kömək və onu müdafiə etmək; onları qanunların müdafiəsinə istiqamətləndirmək; şərəflə, vicdanla və təmiz xidmət etmək; sağlam təfəkkürə, pozitiv mülahizə və mühakimələrə malik olmaq"dan ibarətdir.
Belə müraciətdən sonra polislər də aşağıdakı öhdəliyi götürür: "Xidmətində rəhmli və rəhmdil, başqasının halına acıyan, nəzakətli və səbrli olacaq, çəkinmədən və qorxmadan, öz mənfəətini güdmədən, vəzifəsini icra edəcək, başqalarının hüquqlarına ziyan yetirməyəcək, peşəkar və zorakılıqlara qarşı barışmaz olacaq, qannunların tələbləri daxilində hərəkət edəcək, əhaliyə qarşı yönələn zorakılığın, təhlükə və hədələrin azalmasına çalışacaq, tənqidlərə əsas verən hallarla layiqincə barışaraq, dözümlülük və səbr nümayiş etdirəcək; səhvlərin aradan qaldırılmasına var-gücü ilə hazır olacaq" və s.
Müraciət əsasında polis orqanlarının ümumi məqsəd və dəyərlərinə uyğun hər bir əməkdaşın nəzərinə çatdırılmalı olan strateji bir sənəd hazırlandı. Bu sənəd polisin standartlarını və ictimaiyyətin müvafiq gözləntilərini müəyyən edən bir sənəd idi. Polisin xidmətinə stimul verən həmin sənəddən bəhrələnməsi əhalinin polislə əməkdaşlığına razılığından və dəstəyindən asılı olacaq. Sənəd ictimai qaydanın təmin edilməsinə cavabdehliyi təkcə və ya müstəsna olaraq polis yox, həm də ictimaiyyətin də bilavasitə məsuliyyət daşıdığını vurğulayır.
Bu strateji sənəd, şəraitin mürəkkəbliyindən asılı olmayaraq və heç bir ayrı-seçkiliyə yol vermədən polis xidmətinin peşəkarlıq standartlarını tədricən və yüksək səviyyədə həyata keçirəcəyi ilə əhalini razı salır. Polisin fəaliyyətindəki standartlar və bəşəri dəyərlər əhali ilə münasibətin yaxşılaşmasına, etik davranış qaydalarına riayət olunmasına sövq edir, hər an ədaləti, nəzakəti nümayiş etdirərək, vətəndaşların ehtiyaclarına münasibətdə qayğıkeş insanın obrazını yaradır.
İctimaiyyət dövlətin atributları ilə "bəzədilən" geyim sahiblərinə hörmət və ehtiram bəsləməlidir.
Polis xidməti geyimində kənardan daha çox diqqət çəkir. Ona görə də polisin hər hansı bir qeyri-ciddi hərəkəti ictimaiyyət tərəfindən təəssüf hissi ilə qarşılanır.
XXI əsrin polisi kommunist ideologiyasına xas tərzdə işləməməli, fəaliyyətini yalnız qanuna tabe olmaqla müstəqil, sərbəst, şəxsi maraqlarına üstünlük vermədən, mürəkkəb şəraitlərdə müvazinətini saxlaya bilən və mövcud situasiyanı peşəkarlıqla təhlil etmək qabiliyyətinə malik olan, hakimiyyətin icra orqanının nümayəndəsinə layiq davranmalıdır. Vətəndaşların devidant davranışları bəzən polisi həddini aşmağa vadar etsə də, despotik rəhbərlik və xidmətdə köhnəlmiş idarəçilik sisteminə yol verilməməli, cinayətkarlara qarşı barışmaz olmalıdır.
Zənnimcə, müasir polisin xidməti demokratik prinsiplərlə köklənsə də, müəyyən həddə "diktator" və "despot" stilinə, yaxud da diskresion səlahiyyətə malik olmalıdır. İstər-istəməz idarə olunmayan və cilovlanmayanlara qarşı həddi aşmamaqla güc tətbiq etməyə zərurət yaranır. Başqa cür ictimai təhlükəsizliyin təmini az inandırıcıdır.
Polisin komplektləşdirilməsində ali təhsilli qadınlar və milli azlıqların nümayəndələrinə üstünlük verilməlidir. Bu nümunəni digər ölkələrin təcrübələrindən də görə bilərik. Polisin kadr tərkibinin quruluşu, İngiltərədə olduğu kimi, sosiumun mədəni bölgüsü üzrə həyata keçirilməlidir sosium- lat.sözüdür. cəmiyyət, cəmiyyətin sosial mühiti, kompanyon, tarixən formalaşan həyat fəaliyyəti.
Polis xidməti zamanı ictimaiyyət arasında "Xalqın təhlükəsizliyini təmin etmək funksiyasını həyata keçirirlər" fikrinin formalaşmasına çalışmalıdır. Bu mənada hər bir polis əməkdaşı özünün sosial roluna və tutduğu mövqeyə görə liderdir.
Bir tərəfdən gündəlik, şərəfli, lakin çətin xidmətində hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ciddi xarakterə malik olmalı, digər tərəfdən rəhmli, səbrli və nəzakətli, ekstremal şəraitlərdə qərar qəbul etmək qabiliyyəti və bacarığı olmalıdır. Risqli və təhlükəli anlarda sağlam düşüncə və təfəkkürlə hərəkət etməlidir. Belə olarsa, "cəmiyyət və polis" arasında da sağlam anlaşmaya və münasibətlərə imkan yaranacaq.
Şəmsəddin Əliyev
"Polisə Dəstək" İB-nin sədri





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ