Azərbaycanda İslam fundamentalizmi təhlükəsi yoxdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı da, onun rəhbərləri də, xüsusilə, Prezidenti bu məsələ ilə tanışdır və onu nəzarətində saxlayır: "Azərbaycanda İslam fundamentalizmi təhlükəsi kimlərinsə göstərdiyi və təsdiq etdiyi formada yoxdur və olmayacaq. Əlbəttə, bu məsələdə maraqlı olanlar var. Amma düşünürəm ki, cəmiyyətin bütün təbəqələri bunu heç zaman qəbul etməz".