Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
«İşıq-2015» və «Anadolu Qartalı-2015» təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.