Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan cəmiyyəti ABŞ-ın xarici siyasətində saysız paradoksların izini araşdırır

Image


Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. Tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, media nümayəndələri iştirak edib.
Şura sədri Azay Quliyev açılış nitqi ilə çıxış edərək deyib ki, son aylar ABŞ-da, dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: "Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı Şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, Şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqyussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"
A.Quliyev xatırladıb ki, Azərbaycan heç bir bloka qoşulmayıb və dövlətin siyasəti müstəqilliyin qorunmasına, milli maraqların təmin olunmasına yönəlib:

Obamanın rəngi də kara gəlmədi

"ABŞ-da etnik, irqi və dini zəmində ayrıseçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır, qaradərililər 1968-ci ildə səsvermə hüququ əldə edib. Onun sözlərinə görə, ABŞ-da əhalinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır: "Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb. ABŞ daxilində son illər silah satışı artıb, bu, özünüqoruma instinktindən irəli gəlir".
Z.Oruc uzun illərdən bəri yürüdülən ABŞ-ın siyasətini ciddi tənqid edib. O, ABŞ-da insan haqlarının pozulduğunu və həmin ölkənin öz problemləri ilə məşğul olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: " ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərlərində yaşamaqdadır. Müsəlmanları terrorla eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlüklə həll etsin. ABŞ-ın keçdiyi həyat yoluna və indiki yürütdüyü siyasətə nəzər saldıqda məlum olur ki, həmin ölkənin demokratik dəyərləri mənimsəməsinə daha böyük ehtiyac var".
İkinci məruzəçi isə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət olub. Onun məruzəsi "Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi heyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması" mövzusunu əhatə edib.
"ABŞ-da senzura və medianın işinin əngəllənməsi davam edir və bu gün də həmin ölkədə jurnalistlər, sadə insanlar ifadə azadlığından tam istifadə edə bilmir" - deyən Azər Həsrət bildirib ki, ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil: "Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı, demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır. Son zamanların ən yeni örnəklərini diqqətinizə çatdırmaq istərdim. 2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də, ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı".
A.Həsrət qeyd edib ki, 3 dekabr 2010-cu ildə İngiltərənin "The Guardian" qəzeti yazırdı ki, ABŞ Kongresinin kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları Vikiliksə girişin yasaqlandığını təsdiqləyib: "Elə 2014-cü ilin yayında 38 jurnalist təşkilatı birləşərək prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanları ilə bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırır. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz, özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı".
Onun sözlərinə görə, məktubda qeyd edilirdi ki, ABŞ federal dövlət qurumlarının rəsmilərinə media ilə əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir.
Məktubda deyilirdi: "Son iki onillikdə dövlət qurumlarının öz işçilərinin media ilə birbaşa əlaqələrini yasaqlama hallarında artım müşahidə edilmişdir. Onların belə təmaslarına yalnız ictimai əlaqələrə məsul olan şəxslər və ya siyasi rəhbərliyin izniylə yol verilir. Bu meyil xüsusi olaraq federal hökumətdə nəzərə çarpmaqdadır. Biz belə məhdudiyyətləri senzuranın bir forması kimi görürük. Bu yolla ictimaiyyətin görməli və eşitməli olduğu xəbərlər üzərində nəzarətin həyata keçirilməsini qəbuledilməz sayırıq".
Onun sözlərinə görə, hazırda isə Nyu Yorkda yerləşən Жurnalistləri Müdafiə Komitəsi ölkədə media ilə bağlı durumdan ciddi əndişə duyaraq Barak Obamaya müraciət üçün imza toplayır: "Mənim də imzaladığım müraciətdə Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür: 1. Жurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin; 2. ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun; 3. Жurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son verilsin".
A.Həsrət vurğulayıb ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiq vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir: "Жurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün normadır, adi haldır. Elə son zamanlar gündəmdə olan Ferquson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir. Pen American Center - Amerika Qələm Mərkəzinin açıqlamasında deyilir ki, avqustun 9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb. Təşkilatın hesabatında o da qeyd edilir ki, media təmsilçilərindən 21-i hətta həbs də edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib: avqustun 12-dən 20-dək olan müddətdə. Zorakılıq deyəndə isə polisin jurnalistləri döyməsindən tutmuş onları odlu silahla təhdid etməsinədək hallar nəzərdə tutulur".
A.Həsrət vurğulayıb ki, ABŞ-da bu cür hallar haqqında saatlarla danışmaq olar: "Ancaq düşünürəm elə bu faktlar yetərlidir ki, dünyaya demokratiya və insan haqları dərsi keçən ölkənin özündə durumun necə olduğunu anlayaq. Və ən maraqlısı və xüsusi olaraq vurğulamaq istədiyim məqam isə odur ki, bu ölkədəki bu qədər qorxunc duruma insan haqlarını qoruduğunu iddia edən beynəlxalq qurumlar, demək olar ki, heç bir reaksiya vermir, bizə sübut etməyə çalışırlar ki, ABŞ-da belə hallar baş vermir. Bu isə o deməkdir ki, həmin qurumlar da, əslində, ABŞ rəsmi siyasi kursunu müəyyən edənlərin nəzarəti altındadır".

Rüşvətlə səfir təyinatları...

Politoloq Elman Nəsirovun məruzəsi " Leqal korrupsiya və lobbiçilik-ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi" mövzusunu əhatə edib. Politoloq əsasən ABŞ-da səfir təyinatları ilə bağlı yaşanan korrupsiya faktlarına diqqəti yönəldib. Mərzuəçi ABŞ prezidentinin özünü tamamilə korrupsiya siyasətinə uyğun apardığını vurğulayıb: "2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir. ABŞ-ın Kuliç adlı prezidenti olub. O etiraf edib ki, həmin ölkə vətəndaşlarının əsas məqsədi pul qazanmaqdır. Onun sözlərinə görə, bu istəkdə olanlar iki hissəyə bölünür- pulun fövqündə və ondan aşağı səviyədə dayananlar. Sabiq prezident memuarlarında etiraf edib ki, böyük pulların qarşısında isə hamı baş əyir. ABŞ-da korrupsiya lobbiçilik adı ilə tam leqallaşdırılıb".
Növbəti məruzəçi isə Prezidenti Administrasiyasının əməkdaşı Fərhad Məmmədov olub. Onun çıxışı "ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadları" ətrafında olub. Onun sözlərinə görə, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrilib: "Bundan sonra ölkədə başgicəllənməsi baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular. ABŞ indiyə qədər 45 ölkəyə hərbi müdaxilə edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində formalaşıb. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşma sərgiləyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndərib, ATƏT-in Minsk Qrupuna təcrübəsiz diplomatları həmsədr təyin edib, "907-ci Düzəliş"i ləğv etməyib. Bu gün Azərbaycanı ciddi tənqid edən NED kimi təşkilatların özünə də ABŞ-da birmənalı münasibət yoxdur. Belə təşkilatlardan ABŞ öz siyasətini həyata keçirmək üçün dövlətlərə təzyiq aləti kimi istifadə edir. Artıq ölkəmizin vətəndaşları bütün bunları dərk edir. Təsadüfi deyil ki, keçirilən əksər rəy sorğularında vətəndaşlarımız ABŞ-a inamsızlığını ortaya qoymuş olur".
Tədbirin sonuncu məruzəçisi isə millət vəkili Musa Qasımlı olub. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi: ikili standartlar siyasəti" mövzusunu əhatə edən məruzədə millət vəkili ciddi faktları açıqlayıb: "ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində ikili standartlar aydın görünür. ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman etdi. Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana niyə rəğbət bəslənir? Hansı səbəbdən BMT-nin qəbul etdiyi 4 qətnamə icra olunmur? Krımı işğal edən Rusiyaya qarşı ABŞ sanksiya tətbiq edir. Yenə Ermənistan kənarda qalır. Yaxşı və ya pis işğalçı varmı? ABŞ-ın istənilən prezidenti 24 apreldə ermənilərə başsağlığı verir. Xocalı ilə bağlı isə bunu etmirlər. Faciənin də onlar üçün fərqi dövlət maraqlarına uyğun seçilir. Bütün bunlara bir ad vermək olar - ikili standartlar. Biz ABŞ-dan bu siyasətinə son qoymağı tələb edirik".
Sonra tədbirə moderatorluq edən Azay Quliyev reqlamentə əməl etmək xahişilə müzakirələri açıq elan edib.
İlk çıxış edən millət vəkili Qüdrət Həsənquliyev olub. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana qarşı tutduğu qərəzli mövqenin başlıca səbəbi 2009-cu illə bağlıdır: "Həmin il ABŞ prezidenti İlham Əliyevi İstanbula dəvət etdi. Azərbaycanın dövlət maraqlarına uyğun olmayan müzakirələr aparıldığı üçün İlham Əliyev həmin səfərdən imtina etdi. Elə həmin vaxtdan da ABŞ Azərbaycana yönəlik təzyiqlərini artırmağa başladı: "Devid Kramer müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi "Azadlıq" radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz.
Mirzə Xəzər bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ "Azadlıq" radiosunun əməkdaşlarına Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra "Azadlıq" radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikir cümlənin ikinci hissəsində ifadə olunur".
Q.Həsənquliyev ABŞ-ın iradəsinə uyğun siyasət yürütməyən Suriya, İraq və Liviyanın başına gələnləri də xatırladıb: "Biz çalışmalıyıq ki, Azərbaycanı bu günə salmasınlar. Azərbaycan hökuməti ABŞ-la açıq konfrontasiyaya getməməlidir".
Millət vəkili Xanhüseyn Kazımlı tədbiri təşkil edənlərə dərin minnətdarlığını ifadə edib: "Bura Azərbaycanın elitar təbəqəsini təmsil edən şəxslər toplaşıb. Belə auditoriyada xalqımızın nə istədiyini bilmək olar. Çünki iştirakçıların çoxu xalqı təmsil edənlərdir. Mən istərdim ki, bura bütün ölkələrin səfirləri də dəvət olunaydı. Mən məruzəçilərin fikirlərilə tam razıyam. Dağlıq Qarabağlla bağlı biz ikili standartdan əziyyət çəkirik. Bu termin politologiyada istifadə olunurdu. Görün vəziyyət hansı həddə çatıb ki, prezidentlər belə bir halın olduğunu dilə gətirir. Bu da yaxşı hal deyil. Dünyanın super gücləri bizə qarşı belə siyasətə son qoymalıdır".

Bircə Araz Əlizadə...

Millət vəkili Fəzail Ağamalı çıxışına audutoriyaya nəzər yetirərək başlayıb: "Zala fikir verirəm, buradakılardan heç kim, Araz Əlizadədən başqa, ABŞ əleyhinə indiyə kimi söz deməyib. Çünki biz böyük bir ölkə kimi onlardan daim ədalət gözləmişik. Tam məsuliyyətlə deyirəm ki, hazırda ortaya çıxan məsələ, ABŞ-ın siyasətindən daha çox, Obamanın Azərbaycana subyektiv münasibətinin təzahürüdür. Bu da, Qüdrət bəyin bildirdiyi kimi, 2009-cu ildən sonra başlayıb. Maraqlıdır, niyə Azərbaycana münasibət Obamadan əvvəlki prezidentlərin dövründə belə aqressiv olmayıb? Məntiqlə, indi daha yaxşı olmalıdır. Çünki bu illər ərzində Azərbaycan üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib. Mən bəyan edirəm ki, Azərbaycan xalqını, onun hakimiyyətini belə üsularla nəyəsə məcbur etmək mümkün deyil. Müstəqil siyasətin yürüdülməsinin tərəfdarıyıq və bu istiqamətdə daim dövlətimizi dəstəkləyəcəyik".
Millət vəkili Fərəc Quliyev çıxışında insan haqları adı ilə Azərbaycana təzyiqlərin olunmasından söz açdı: "İnsan haqlarının qorunmasını biz də istəyirik. Ancaq bu məsələdə də ikili standartların şahidi oluruq. 3-4 nəfərin həbs edilməsinə görə Azərbaycanı tənqid edən dövlətlər, beynəlxalq qurumlar, nədənsə, Misirdə 500 nəfərin bir gündə edam olunmasına heç bir reaksiya vermir. Biz ölkəmizlə bərabər hüquqlu tərafdaş kimi münasibətlərin qurulmasını istəyirik. Biz BMT-nin qəbul etdiyi 4 qətnamənin icra olunmasında ABŞ-ın səy göstərməsini, "907-ci Düzəliş"in niyə indiyə kimi ləğv edilmədiyinin səbəbini öyrənmək istəyirik".
Millət vəkili Məlahət İbrahimqızı da çıxışında tədbirin keçirilməsinə normal yanaşdığını bildirib. Onun sözlərinə görə, dünyada müsəlmanlara aid ülvi dəyərlərin tənqidi demokratiya, söz azadlığı sayılırsa, belə mövzunun müzakirəsi də normal qəbul olunmalıdır: "Bu indinin problemi deyil. Uzun illərdən bəridir ki, ABŞ bizə yönəlik şəffaf siyasət aparmır. ABŞ-ın yürütdüyü paradoksal siyasəti bütün Azərbaycan xalqı dərk etməyə başlayıb. İndi kommunkasiyaların inkişaf edən dövrüdür. Artıq ən ucqar kənddə belə bu siyasətin mahiyyəti dərk edilir. Bir sözlə, belə münasibət bütün Azərbaycan xalqını narahat etməyə başlayıb".
Tədbirdə iştirak edən Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı reqlamentlə bağlı kiçik iradını bildirib: "Biz ABŞ-da demokratiyanın olmadığını burda etiraf ediriksə, çalışaq ki, özümüz də həmin dəyərlərə hörmət edək. Burada ardıcıl olaraq deputatlara söz verilir. Təklif edirəm ki, tədbir bir deputat, bir QHT nümayəndəsinə şərait yaratmaq ardıcıllığı ilə davam etdirilsin".

Akif Nağının iradı dəstəkləndi

Millət vəkili Rəfayıl Hüseynov 3 deqiqə ərzində belə bir geniş mövzu ilə bağlı fikirlərin tam çatdırılmasının mümkün olmadığını bildirib: "Burada iştirak edənlərin hər biri savadlı ziyalıdır. Mən başa düşürəm ki, reqlament hamıya ətraflı fikir bildirməyə imkan vermir. Yaxşı olar ki, mövzu buradakı müzakirələrlə bitməsin. Hər bir şəxs geniş məqalə ilə mətbuatda çıxış etsin. Çünki ABŞ və bir sıra ölkələr demokratiya pərdəsi altında öz maraqlarına burada yürütmək istəyir. Buna sinə gərmək üçün də xalqın konsaolidasiyasına böyük ehtiyac var".
Millət vəkili Asim Mollazadə isə bildirib ki, qədəm qoyduğumuz yanvar ayı Azərbaycanın tarixində faciələrin baş verdiyi dönəm kimi qeyd olunur: "Bu ayda xalqımıza qarşı böyük bir cinayət törədilib. Hələ də həmin cinayəti törədənləri biz tapıb cəzalandıra bilməmişik. Dünyada reallıqları dəyişən bir çox amillər var ki, biz həmin siyasətdən istifadə etməliyik. Dünyanın bir çox xalqları belə davrana bildiyi üçün müsbət nəticələrə imza ata bilir. Məruzələr göstərdi ki, ideal demokratiya heç bir yerdə yoxdur. ABŞ-ın özü də bu sarıdan əziyyət çəkir. İstənilən ölkəyə təsir imkanlarımızı gücləndirməliyik. Acınacaqlı haldır ki, biz bu günə kimi Fransa senatında döyülən azərbaycanlı xanımı hələ də müdafiə edə bilməmişik. Bunun üçün xalqın təşkilatlanması güclənməlidir".
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanın müstəqillik tarixi ABŞ-la müqayisədə o qədər də uzun tarixə malik deyil: "Bu səbəbdən də, biz cavan dövlət olaraq təcrübəsi olan ölkələrlə əməkdaşlığa üstünlük vermişik. Bununla bağlı əlmizdən gələni etmişik. Ancaq həmin ölkələrə bizə qarşı bşqa mövqe ortaya qoyur. Bizim problemlərimizə münasibətdə ikili standartlarla yanaşma meydana çıxır. Müxtəlif bəhanələrlə bizə təziyiqlər olunur. Kökündə bir maraq durur. Onların dediklərini etməliyik. Azərbaycan isə müstəqil siyasət yürüdür. Mən başa düşə bilmirəm, Azərbaycanı itirməklə ABŞ nə qazanacaq? Hesab edirəm ki, münasibətlərə yenidən baxmağın vaxtı çatıb".

İlyas İsmayılov fərqli danışdı və...

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun çıxışı isə bir qədər fəqli aspektdən olub. İxtisasca hüquqşunas olan İsmayılov xüsusilə diqqəti Azərbaycanda bəzi fəalların həbsinə yönəldib: "Biz problemlərdən danışırıq, ancaq bunu doğuran səbəbləri araşdırmırıq. Axı niyə dünyanın ən qüdrətli dövləti bizə qarşı belə davranır? Hesab edirəm ki, hakimiyyət bunun üçün heç kimə əsas verməməlidir. Xüsusilə qadın fəalların həbsinə heç bir lüzum görmürəm. Hər halda, bu işləri həbs qətimkan tədbirini seçmədən də aparmaq olardı. İstintaq aparılsın, işlər məhkəmə baxışına təqdim edilsin. Hesab edirəm ki, bu cür amillər Azərbaycanın təqib edilməsinə səbəb olur".
Tədbirin aparıcısı İlyas İsmayılovla razılaşmayıb: "Siz hüquqşünassınız, bilirsiniz ki, istintaqa təzyiq etmək olmaz"
Qarabağ Azadlıq Təşkilatının sərdi Akif Nağı çıxışında bildirib ki, qurum olaraq ABŞ-ı tənqid ediblər: "Dəfələrlə ABŞ-ın səfirliyi önündə aksiyalar keçirmişik. Biz Rusiyanı Qarabağ məsələsində təqsirkar bilirik. Bu aydındır. Ancaq ABŞ-da yaxasını qırağa çəkməməlidir". Sonra Akif Nağı tarixi xronologiya ilə 1989-cu ildən bu tərəfə ABŞ-ın Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi qeyri konstruktivliyi sübut edən faktları sadalayıb: "Faktlar sübut edir ki, ABŞ Qarabağ probleminin gərginləşməsində, həllini tapmamasında hamıdan artıq maraqlı olub. Biz öz gücümüzə güvənib torpaqlarımızı müharibə yolu ilə azad etməliyik".

Xaricdən maliyyələşən QHT - "casus"

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də çıxışında ABŞ-ı sərt tənqid edib. Onun sözlərinə görə, ABŞ insan haqlarından danışır, ancaq dünyanın müxtəlif yerlərində insanları mühakimə etmədən türmələrdə saxlayır: "Xüsusilə də, müsəlman çoğrafiyasına əminamanlıq gətirmək adı ilə həmin ölkələri bombalayır. Məgər bombalar ABŞ tərəfdarlarını tanıyır ki, onların başına düşməsin? Təklif edirəm ki, xaricdən maliyyələşən QHT-lərə həmin ölkələrin agenti adı verilsin. Tam məsuliyyətilə deyirəm ki, ABŞ Azərbaycanla heç vaxt strateji müttəfiq olmayıb, bundan sonra da olmayacaq. Biz öz gücümüzə güvənməliyik. Mən müxalifətçi olaraq, böyük qardaş axtarmayan İlham Əliyevi tam dəstəkləyirəm".
Millət vəkili Elmira Axundova isə ABŞ-la bağlı müəllifi olduğu məqalələrdən ris dilində sitatlar gətirib: "Mən bunu yazmışam da, bəzən aşırı tolerant olmaq bizə ziyan verir. Bir qədər başqa siyasət yeritmək lazımdır".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, 1 dəqiə ərzində yalnız dahi insanlar öz fikirlərin çatdıra bilər. Bunu nəzərə alan Rauf Zeyni Nelson Mandeladan ABŞ-ın tənqidinə aid bir sitat gətirib: "Hesab edirəm ki, bu cür tədbirlərin davamı olmalıdır. Biz QHT-lərin iştirakı ilə belə bir tədbir keçirməyi planlaşdırırıq".

Obamanın rəngi bizi aldatmamalıdır

Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxışında Obamanın dərisinin rənginə toxunub: "Onun rəngi bizi aldatmamalıdır. Qaradərili olmağı bütün dünyanı sevindirirdi. Aydın oldu ki, bu adam qara olsa da, ağ dərili irqçilər kimi düşüncəyə malikdir. Əks halda onu prezdent seçməzdilər. Bir sözlə, onlar bilməlidir ki, Azərbaycan xalqı ABŞ-ın istədiyi cəhənnəmi yaşamaq istəmir. Onlar belə cəhənnəmi bir çox dövlətlərə yaşadıblar".
Sonda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edib: "Azadlıq imperiyası adı altında dövlət qururlar. Bunu yaxşı anlamaq üçün həmin ölkənin vətəndaşı olmaq lazımdır. Bu günlərdə ABŞ-da keçirilən dinləmədə maraqlı faktlar ortaya çıxardılar. Sən demə, Arif Yunus İslam haqda kitab yazıb. Düzü, mən bunu bilmirdim. Yəqin ki, kəşfiyyat üçün burada İslam zəminində qarşıdurmanın konturlarını ötürüb. Azərbaycana insan haqları ilə bağlı edilən təzyiqlərin heç bir əsası yoxdur".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə ABŞ-la münasibətlərin normalaşmasında maraqlı olduğunu bildirib: "Biz dünyanın super dövlətilə münasibətlərimizi normallaşdırmaqda maraqlı olmalıyıq".
Vətəndaş cəmiyyəti adından tədbirin yekun çıxışını edən Niyaməddin Orduxanlı ABŞ-ın QHT-ləri maliyyələşdirmə siyasətini tənqid edib: "Yalnız özlərinə lazım olan QHT-lərə pul verirlər. Neçə illərdir 30 milyon vəsait yalnız 15 QHT arasında bölüşdürülür".
Sonda qərara alınıb ki, bu cür müzakirələr davamlı olaraq keçirilsin.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ