Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. APA-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.