Yalta şəhərindəki 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin olduğu park dağıdılıb. Bu barədə anspress-ə Yaltada yaşayan azərbaycanlılar məlumat verib.
Bildirilir ki, parkda dağıntı işləri bir neçə gündür ki, davam edir. Park yerlə bir edilib, Cəlil Nəcəfovun xatirə lövhəsi dağıdılıb. Parkın yerində hündürmərtəbəli binanın tikiləcəyi deyilir.
Burada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Lakin bu, heç bir nəticə verməyib. Onlar Azərbaycan diasporunun məsələyə qarışmasını tələb edirlər.