Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya dövlət səfəri başlayıb. APA-nın Türkiyə müxbiri xəbər verir ki, dövlət başçısını Türkiyənin ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Şuranın toplantısı çərçvəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq.