Yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident Rəcəp Tayyip Ərdoğanın dəvəti ilə yanvarın 15-də prezident İlham Əliyev Türkiyəyə səfər edəcək.