Bu gün Ali Məhkəmədə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun kassasiya şikayətinə baxılıb. Vəkili Adil İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.
Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.