Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə yaratmağı təklif edib. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Denizhaber" agentliyi ölkənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvana istinadən xəbər verir.