17 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra bazar günü Parisdə kecən izdihamlı yürüşə 40-dək dünya lideri qatılıb.
Aksiya rəsmi olaraq Bakı vaxtilə saat 18:00-da başlayıb. Aksiyada 1 milyon 300 min insanın iştirak etdiyini xəbər verilir.
"Paris bü gün dünyanın paytaxtıdır", - Fransa lideri yürüşdən əvvəl bəyan edərkən deyib. Bəzi aksiya iştirakçıları söz azadlığına dəstək əlaməti olaraq əlində nəhəng qələm gəzdiriblər.
Belə düşünülür ki, yürüş təhlükə qarşısında ölkənin birliyini nümayiş etdirməlidir.
Bu arada polis «Charlie Hebdo» satirik jurnalına və Parisdəki mağazaya hücum edən silahlılarla əlbir olan şəxslərin axtarışını davam etdirir.