"N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıblar, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabil şəhərində yerləşən beynəlxalq hava limanını qoruyacaqlar.