Bakı ABŞ-ın "The New York Times” qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına daxil edilib. Siyahıya dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən Kuba, Makedoniya, Zimbabve, Florida, Milan və s. kimi ölkə və şəhərlər daxildir. Bu barədə Trend AzərTAc-a istinadən xəbər verir.