Ermənilər uydurma "soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.
Növbəti erməni saxtakarlığını AzərTAc üzə çıxarıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan "əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş "erməni soyqırımı” qurbanları kimi təqdim olunub. Eyni fotoşəkil, həmçinin uydurma "erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.