AP, «Əl Ərəbiyə» və RT Fransanın dəhə iki şəhərində adamların girov götürülməsi barədə xəbər yayıb.
Baki-xeber.com xəbər verir ki, «Al Arabiya» və fransız kanalı BFM Fransanın Montpellier şəhərində yeni bir girov böhranı yaşandığını iddia etdi. İddiaya görə hadisə şəhərin mərkəzindəki bir zərgər dükanında baş verib. Digər tərəfdən, Versaille şəhərində də bir girov böhranının yaşandığı iddiaları var. Montpellierdə yaşanan hadisənin sadə bir soyğun ola biləcəyi ehtimal edilir.
Hadisələrin digər iki terror hadisəsi ilə əlaqəsi olub-olmadığı hələlik bilinmir.
Polis zərgər dükanını mühasirəyə aldı
Fransanın cənubundakı Montpellier şəhərində iki adamın, zərgər dükanına hücum edib bir nəfəri girov götürdüyü bildirilir. Polis, dükanı mühasirəyə alıb.
Hadisə axşam saatlarında Fransanın cənubundakı Montpelliernin mərkəzində bir dükanda baş verib. Yerli mətbuata görə, hadisə bir oğurluq hadisəsi olaraq başladı, ancaq sonra hadisənin miqyası daha da böyüdü.