Fransa mətbuatı marketdəki girovlardan 4-nün öldüyünü xəbər verir. 4 girovların isə ağır yaralı olduğu bildirilir...
İddialara görə əməliyyat zamanı marketdə 20 girov olub.
Marketdə reallaşdırılan əməliyyatdan əvvəl 1 nəfərin yaralandığı bildirilir. Ardından iki adamın da öldüyü iddia edilir. Bu iddialar hələlik təsdiqlənməyib.
Qarşıdurma zamanı girovların bəzilərinin qaçaraq canını qurtardığı bildirilir.
***
Girovların qurtarıldığı məlumatı bildirilir.
Fransız polisinin təcavüzkarlara qarşı səhər saatlarında başladığı əməliyyat mətbəədə başa çatıb. Əməliyyat zamanı ölənlərin olduğu bildirilir.
Qeyd edək ki, silahlı şəxslər yanvarın 9-da gündüz Parisin 20-ci dairəsində mağazada ən 5 nəfəri girov götürüb. Polisin məlumatına görə, vətəndaşları girov götürənlər 1988-ci il təvəllüdlü qız Hayat Bumeddyen (Hayat Boumeddiene) və qara dərili kişi Amedi Kulibalidir (Amedy Coulibaly).
A. Kulibalinin yanvarın 8-də Paris yaxınlığında yerləşən Monruj şəhərində polis qadının öldürülməsində əli olduğunu bildirilir.