ATƏT-in Minsk qrupunun amerkalı həmsədri Ceymus Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağa çağırıb.
C.Uorlik Trend-in 2015-ci ilin atəşkəsin daha intensiv pozulması ilə başlanmasına dair sorğusuna cavab olaraq bildirib ki, həmsədrlər münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün tərəflərlə yüksək səviyyədə işi davam etdirəcək.