Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fransada baş verən terror aktı ilə bağlı bəyanat verib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyir və bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayır.