Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar. Hadisə nəticəsində azı 12 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Ölənlərin ikisi polisdir.
Bundan əvvəl "Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.
Fransa Prezidenti Fransua Olland hadisənin baş verdiyi əraziyə baş çəkib.
"Frans Press” agentliyinin məlumatına görə, "Charlie Hebdo" həftəlik jurnalının redaksiyasının atəşə tutulması ilə əlaqədar Fransanın paytaxt regionunda terror təhlükəsi səviyyəsi ən son həddə çatdırılıb.
Baş nazirin aparatından agentliyə bildiriblər ki, Fransa hökumətinin başçısı Manuel Vals bütün İl-de-Frans regionu ərazisində terror təhlükəsi səviyyəsini ən yüksək həddə çatdırmaq barədə qərar qəbul edib.