”Çox təəssüf ki, bəzi TV-lər başqa yol seçirlər. Onlar başqa məqsədlər üçün cəmiyyət arasında mövqeyi, həm də müğənni kimi keyfiyyəti olmayanları efirə çıxardırlar”. Bu barədə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, televiziyalar öz fəaliyyətlərini qanunauyğun quran özəl qurumlardır: "Azərbaycanda onlara hər hansı bir məhdudiyyət qoyulmur ki, bu insanı efirə çıxartmaq olar, ya olmaz. Bunu televiziya kanalı özü, verilişə baxıb-baxmamağı da tamaşaçılar müəyyənləşdirir. Yəni bu iradı onlara tamaşaçılar çatdıra bilər. Biz deyə bilmərik ki, sən bu müğənnini niyə çağırırsan, digərini çağırmırsan. Sadəcə hər bir televiziya kanalının rəhbərliyi çalışmalıdır ki, efirində daha keyfiyyətli verilişlər hazırlasın. Efirdə insanlar tərəfindən qəbul edilən müğənnilər olsun və ondan zövq alsınlar”.