Fransada nəşr olunan "Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub. APA-nın "Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların "Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.
İlkin informasiyalara əsasən hadisə zamanı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.
Olayla əlaqədar Fransa prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb.