Ukrayna bayrağı altında üzən "Gulf Rio" gəmisi Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dəniz sahillərində saya oturub. Bu barədə Trend "Anadolu” agentliyinə istinadən xəbər verir.
Gəmi fırtınaya düşdükdən sonra saya oturub və su ilə dolmağa başlayıb. Hazırda gəminin sahilə çatdırılması üçün cəhdlər göstərilir.