Türkiyənin İstanbul şəhərində intiharçı bombaçı qadın özünü partladıb. İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, hadisə Türkiyə vaxtı ilə saat 17.20-də baş verib.
Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Turizm Şöbə Müdirliyinin önündəki posta gələn bir qadın ingiliscə pulqabısını itirdiyini deyib. Daha sonra isə üzərindəki bombanı partladan qadın-kamikadze hadisə yerində ölüb. Hücumda ağır yaralanan polis məmuru Kenan Parça da qaldırıldığı xəstəxanada şəhid olub. Hücumda yaralanan digər polis Taner Şenel xəstəxanaya yerləşdirilib və vəziyyətinin yaxşı olduğu bildirilir.
Bombalı hücumu reallaşdıran qadının üzərindəki ikinci bomba, xüsusi qrup tərəfindən patladılaraq məhv edilib. Təcavüzkar qadının şəxsiyyəti hələ müəyyən edilməyib. Hücumdan sonra hadisə yerinə çox sayda polis gətirilib.
Davudoğlu: Üzərində əlavə iki bomba daşıyırdı
Baş nazir Əhməd Davudoğlu qadın-kamikadzeнин üzərində əlavə iki bomba daşıdığını bildirib. Davudoğlu təhlükəsizlik əməkdaşlarının özlərini fəda edərək daha böyük bir faciənin qarşısını aldığını deyib.
Bir həftədə ikinci hücum