"Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir”. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqiliyinin" tanınmasına çağırış etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq: "Bir çox hallarda ”Asbarez” kimi erməni kütləvi informasiya vasitələrində belə xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu”.