Baş Prokurorluğun idarə rəisi təqaüdə çıxıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
E. Sultanov onu da bildirib ki, 40 ilə yaxın prokurorluq orqanlarında qüsursuz xidmət göstərən B. Mahmudov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub və dəfələrlə Baş Prokurorluğun rəhbərliyi tərəfindən mükafatlandırılıb.