Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Image


Türkiyədə özünə normal biznes quran, qəzet açan, sonradan müflis olan Azərbaycan əsilli biznesmen Turan Ababəy indi taksi sürür. Virtualaz.org saytı xəbər verir ki, "Hürriyet” qəzeti azərbaycanlı iş adamının başına gələnləri işıqlandırıb.

Qəzet yazır ki, 2014-cü il, fevralın 9-da "Yalana qarşı həqiqətin qəzeti” şüarı ilə fəaliyyətə başlayan "Karşı” qəzeti 65 gün sonra - aprelin 14-də fəaliyyətini dayandırıb. Turan Ababəy bundan sonra müflis olub. Hər kəs ondan üz döndərib. Səbəb kimi isə Türkiyə hökumətinin "paralel dövlət” adlandırdığı, terrorçuluqda ittiham etdiyi Fətullah Gülən camaatına yaxın olması göstərilib. Lakin o, bu ittihamları rədd edir.

T.Ababəy başına gələn bu hadisədən sonra bir müddət hər kəsdən gizlənib. Sonradan isə işsizlikdən taksi sürücülüyünə başlayıb.

T.Ababəy başına gələnləri ilk dəfə olaraq "Hürriyet” qəzetinə nəql edib.

Turan Ababəy qəzetin necə açılması, sonradan baş verən proseslər, müflis olması və indiki həyatını dilə gətirib: "İki il öncəki "Gezi parkı” etirazları zamanı jurnalist Eren Erdemlə tanış olduq. Qəzet layihələri var idi. Layihəni həyata keçirmək üçün maliyyə dəstəyi axtarırdılar. Qəzeti çıxaracaq qədər pulumuz var idi. Yazarlarla danışdıq. Bir çox adamların fikrini öyrəndik. Gündəlik 30 min nüsxə qəzet sata bilsəydik, işimizi davam etdirə biləcəkdik.

Tanışdan, dostdan, qohumlardan 110 nəfər işə götürüldü. Layihədə isə 34 işçi nəzərdə tutulmuşdu. İşçilərin sayı 30 min tiraja nəzərdə tutulmuşdu, lakin götürülən işçi sayına görə 100 min tirajla çıxmalı idik.

Sonra işçilər arasında qruplaşma oldu. İşçilər Eren Erdemin və Kutlu Esendemirin adamları olaraq iki cəbhəyə ayrıldılar. Onlar bir-birləri ilə işləmək istəmirdilər.

Jurnalist Kutlu Esendemirin qrupu daha çox idi. Mən də məcbur olub Eren Erdemiri işdən çıxardım. Kutlu Esender bəzi planlaşdırmalar etdi. Günlər keçdikcə tiraj düşdü. Sonra qəzetə təzyiqlər edilməyə başlandı. Kağız ala bilmirdik, heç bir mətbəə qəzeti çap etmək istəmirdi. Kağızı satan pulunu versən belə "vermərəm” deyirdi”.

T.Ababəy qəzetin bağlanmasına əsas səbəb kimi məşhur iş adamı Ali Ağaoğlundan aldığı reklamı göstərib: "İş adamı Ali Ağaoğlundan reklam aldıq. Qəzetdə veriləcək reklamın məbləği 6800 türk lirəsi idi. Twitterdə bu xəbər geniş müzakirə edilməyə başlandı. 3 yazarımız istefa verdi. Bundan sonra oxucular da azaldı. Qəzetin əsas çöküş səbəbi bu oldu. Ali Ağaoğlundan da reklamın pulunu ala bilmədik.

Qəzetin çıxdığı ilk gündən bağlandığı günə qədər heç bir yazısına müdaxilə etmədim. Jurnalistlər yazdı, jurnalistlər cavab verdi. Ancaq Türkiyədə qəzet çıxarmağın çətinliyini gördüm. Türkə türk, kürdə kürd, PKK-ya PKK deyə bilmirsən. Belə düşündüyün halda ən az 30 min belə düşünən insan tapmalısan. Qəzeti bağlayanda işçilərin bizdən alacağı 14 günlük maaşları var idi. Bizim də alacağımız pullar var idi. İşçilər etiraz etməyə başladılar. Heç kim məni dinləmirdi. Hamı pulunu istəyirdi.

Bir gün ofisin olduğu binaya getdim. Ofisi boşaltmışdılar. Əşyalar satılmışdı. Əşyaların bir qisminin satıldığı yerləri tapdım. Polisə müraciət edərək əşyaları satan 39 və alan 3 nəfərlə bağlı şikayət etdim. Qəzetin adını isə 120 min türk lirəsinə satdım”.

Əslinin Azərbaycandan olduğunu deyən T.Ababəy bildirib ki, ona qarşı müxtəlif ittihamlar irəli sürülüb: "Mənə "Gülən camaatı” damğası ilk olaraq bir köşə yazarı tərəfindən yapışdırıldı. Sonra həmişə bundan danışıldı. Mən bu yaşıma qədər "camaat”dan heç kimlə görüşməmişdim. Qəzet çıxdıqdan sonra tanışlıq çərçivəsində Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına - TUSKON-a getdik (bu təşkilat "Gülən camaatı”na yaxınlığı ilə tanınır-red.). Cəmi bir dəfə görüşümüz oldu. Mən iğdırlıyam, Azərbaycan əsilliyəm. Ancaq qəzetimizə bunların heç bir aidiyyəti yox idi.

Qəzet bağlandıqdan sonra heç kimə bu haqda danışmadım. Ev ünvanıma və şirkətimə 84 məhkəmə şikayəti gəldi. Toxuculuq sənayesi sahəsində biznesim vardı. Tezliklə bu sahədəki işlərim də pis getməyə başladı. İş yerimə, maşınlarıma, bütün mülkümə həbs qoyuldu. Çıxış yolu tapacağım heç nə qalmadı. İş axtarırdım. Heç kim iş vermirdi. Adımızdan qorxurlar. Aylarla depressiyada qaldım. Dərmanlar atırdım. Bir qohumum taksi sürürdü. Təklif elədi ki, sən də gəl bu işi gör. Məcbur qalıb bu işi gördüm. Gündəlik qazancım həftə içi 60-70, həftə sonu isə 100 lirəyə çıxır. Amma belimdə ağrılar var. Bir neçə gündür ki, işə çıxa bilmirəm”.

Müflis olmuş azərbaycanlı iş adamı deyib ki, bu günlərə düşəcəyi ağlının ucundan da keçməzdi: "Qəzetin ən yaxşı maaş alanından çayçısına qədər heç kim bu vəziyyətə düşmədi.

Buradan da tekstil firmalarının sahiblərinə səslənirəm. Tekstil işini çox yaxşı bacarıram, iş axtarıram. Biz bir qəzet açdıq. Səhv iş görmədik. İnsanların doğruya çatması üçün yaxşı bir iş idi. Yenə olsa, yenə də edərəm...”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ