Azərbaycan Respublikasının Baş Prokurorluğu namaz qıldıqlarına görə işdən çıxarılanlarla bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Zaqatala rayon Prokurorluğunun Dəftərxana müdiri Seyfulla Qurbanov və onun oğlu, Balakən rayon Prokurorluğunun Dəftərxana müdiri Sərxan Qurbanovun namaz qıldıqlarına görə işdən azad olunması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər əsassızdır.