Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti son bir ayda 1 milyon 407 min 22 manat artıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Yanvarın 1-i 2015-cü il tarixinə olan vəziyyətə görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 60 603 102 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Artım yalnız manat hesabında olub. Dollar və avro hesablarına vəsait daxil olmayıb.
Qeyd edək ki, 2014-cü il ərzində bu artım 9 848 588 manat təşkil edib.