Rusiyanın Mariy El Respublikasının daxili işlər naziri general Vyaçeslav Buçnev (56) intihar edib. Baki-xeber.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi onun xidməti silahı ilə kabinetində özünü vurduğunu bildirib.
İddialara görə, yeni il tətilinin ardından nazirə qarşı korrupsiyaya ittihamı ilə iş qaldırılacaqmış.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə nazir Buçnev 26 dekabr - 8 yanvar tarixləri arasında məzuniyyətdə çıxmışdı. Lakin buna baxmayaraq nazir ara-sıra iş yerinə gəlirmiş: "Bu gün də (3 yanvar) iş yerinə gəldi. Katibi də iş yerində olub. Katibi onun xidməti otağından silah səslərini eşidəndən sonra dərhal təhlükəsizlik işçilərini çağırıb".
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır və hadisənin təfərrüatları araşdırılır. O da bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyi hadisəni araşdırmaq üçün Mariy El Respublikasında geniş diametrli araşdırmalara başlayıb.
Rusiya parlamenti alt qanadı Duma millət vəkili Aleksandr Hinşteyn isə Twitter hesabında Buçnev barəsində bayram tətilindən sonra vəzifəsindən sui-istifadə ittihamı ilə cinayət işi başladılacağını bildirib. Nazirin haqsız qazancla 3 malikanəyə sahib olduğu iddia edilir.