İşğal altında olan Azərbaycan torpaqlarında iki erməni əsgər ölüb, biri yaralanıb. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, separatçı Dağlıq Qarabağ rejimi ölən və yaralanan hərbçilərin adını da açıqlayıb.
Məlum olub ki, ölənlər Karen Samveloviç Qriqoryan və Vardan Martikoviç Mkrtçyan, yaralanan isə Volodya Qaqikoviç Arutyunyandır.
Ermənistan KİV insidentin Azərbaycan Ordusunun yanvarın 3-nə keçən gecə təmas xəttinin qarşı tərəfinə keçmək istəyərkən baş verdiyini, Azərbaycan tərəfinin də itki verərək geri çəkildiyini xəbər versə də, Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib.