Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci ilin I yarısında layihələrini maliyyələşdirəcəyi KİV-lərin siyahısını açıqlayıb.
Məlumata görə, ümumilikdə 33 qəzetə pul ayrılıb. Nəşrlərə ayrılan vəsait 60 000, 40 000, 30 000, 20 000 və 9 000 AZN məbləğindədir. 11 qəzet 60 000, 8 qəzet 40 000, 4 qəzet 30 000, 4 qəzet 20 000, 6 qəzet 9 000 manat alacaqlar.